• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusu təslimə hazırlaşır

Ermənistan ordusu təslimə hazırlaşır
11.01.2018 14:51
Aprel döyüşləri nəticəsində Sarkisyanın qazandıqları

Ermənistan prezidenti Serj Sarkisyan hazırkı müdafiə naziri Viqen Sarkisyanı işdən çıxırmaq niyyətindədir.    

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Haykakan jamanak" qəzeti yazıb. Qəzetin versiyasına görə, Viqen Sarkisyan yaxın zamanlarda Ermənistananın xarici işlər naziri təyin ediləcək. 

Əslində, bunu Ermənistan ordusunun gücləndirilməsi istiqamətində addım kimi dəyərləndirmək olar. Çünki Viqen Sarkisyanın hətta hərbi xidmətdə olmadığı deyilir və bu bir sıra erməni ekspertləri ciddi narahat edir. Məsələn, erməni politoloq İqor Muradyan Viqen Sarkisyan barədə yazan zaman ironiya ilə onu "genralisimus” kimi təqdim edirdi və Viqenin hansı döyüş qələbələrinə görə müdafiə naziri təyin edilməsi barədə sual verirdi. Yəni peşəkar hərbçi Seyran Ohanyanın uduzduğu aprel döyüşlərindən sonra Qarabağ hərəkatının ilk liderlərindən birinin bu cür sual verməsi məntiqlidir. O, bunu Ermənistan ordusunu daha da zəiflədən addım kimi dəyərləndirirdi.

Narahat olmaq olardı ki, Serj Sarkisyan Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş cinayətkar hərəkatın ilk illərində silahdaşı olmuş erməni millətçilərini dinləyib və Viqen Sarkisyanın yerinə peşəkar hərbçi gətirir. Amma "Haykakan jamanak"ın yazdığından belə düşünmək olar ki, məsələ heç də belə deyil.  Qəzetin yazdığına görə, onun yerinə hazırda müdafiə nazirinin müavini işləyən Artak Zakaryan gətirilir. 1974-cü ildə İrəvanda anadan olmuş Zakaryan da Viqen Sarkisyandan ciddi heç nə ilə fərqlənmir. O, əsgərlik görsə də, bunu döyüş illərində yox, atəşkəs imzalandıqdan sonra - 1996-98-ci illərdə keçib. İnstitut müəllimi, QHT təmsilçisi və s. kimi sahələrdə çalışıb, bir sözlə, ortada yeyib, qıraqda gəzib.

Əslində, Serj Sarkisyanın ordunu zəiflətməsi və ordunun başına xaraktercə zəif, döyüş görməmiş adamları gətirməsi anlaşılandır. Ermənistanda bir qayda olaraq hakimiyyət dəyişikliyi ordunun vasitəsi ilə həyata keçirilir. Yəni ənənəyə görə, ölkənin başçısı olmağın yolu müdafiə nazirliyindən keçirdi. Çünki ordunu əlindən saxlayan hərbçi axırda zor-xoş ölkənin başına keçirdi. Serj Sarkisyansa hakimiyyəti vermək istəmir və bu baxımdan Seyran Ohanyanın aprel döyüşlərində uğradığı məğlubiyyət Sarkisyan üçün çox faydalı oldu. Yəni hakimiyyətə iddialı Seyran Ohanyanı zərərsizləşdirə bildi. Təbii ki, indən belə uzun illər baş nazir kimi Ermənistana rəhbərlik edəcək Serj Sarkisyan yanında heç zaman güclü müdafiə naziri görmək istəməyəcək. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol