Ermənistan ordusu təslimə hazırlaşır

Ermənistan prezidenti Serj Sarkisyan hazırkı müdafiə naziri Viqen Sarkisyanı işdən çıxırmaq niyyətindədir.
Bu barədə İrəvanda dərc olunan "Haykakan jamanak" qəzeti yazıb. Qəzetin versiyasına görə, Viqen Sarkisyan yaxın zamanlarda Ermənistananın xarici işlər naziri təyin ediləcək.
Əslində, bunu Ermənistan ordusunun gücləndirilməsi istiqamətində addım kimi dəyərləndirmək olar. Çünki Viqen Sarkisyanın hətta hərbi xidmətdə olmadığı deyilir və bu bir sıra erməni ekspertləri ciddi narahat edir. Məsələn, erməni politoloq İqor Muradyan Viqen Sarkisyan barədə yazan zaman ironiya ilə onu "genralisimus" kimi təqdim edirdi və Viqenin hansı döyüş qələbələrinə görə müdafiə naziri təyin edilməsi barədə sual verirdi. Yəni peşəkar hərbçi Seyran Ohanyanın uduzduğu aprel döyüşlərindən sonra Qarabağ hərəkatının ilk liderlərindən birinin bu cür sual verməsi məntiqlidir. O, bunu Ermənistan ordusunu daha da zəiflədən addım kimi dəyərləndirirdi.
Aprel döyüşlərinin ssenarisi
Narahat olmaq olardı ki, Serj Sarkisyan Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş cinayətkar hərəkatın ilk illərində silahdaşı olmuş erməni millətçilərini dinləyib və Viqen Sarkisyanın yerinə peşəkar hərbçi gətirir. Amma "Haykakan jamanak"ın yazdığından belə düşünmək olar ki, məsələ heç də belə deyil. Qəzetin yazdığına görə, onun yerinə hazırda müdafiə nazirinin müavini işləyən Artak Zakaryan gətirilir. 1974-cü ildə İrəvanda anadan olmuş Zakaryan da Viqen Sarkisyandan ciddi heç nə ilə fərqlənmir. O, əsgərlik görsə də, bunu döyüş illərində yox, atəşkəs imzalandıqdan sonra - 1996-98-ci illərdə keçib. İnstitut müəllimi, QHT təmsilçisi və s. kimi sahələrdə çalışıb, bir sözlə, ortada yeyib, qıraqda gəzib.
Artak Zakaryan və Viqen Sarkisyan
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























