• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan 24 ildir atəşkəsə riayət etmir” - Polkovnik

“Ermənistan 24 ildir atəşkəsə riayət etmir” - Polkovnik
12.01.2018 16:00
Ermənistanda və işğal altında olan Qarabağda düşmən itkilərinin sayı getdikcə artır. Rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfi 32 döyüş və 30 qeyri-döyüş itkisi verib. Həmçinin ötən il ermənilərin 100-dək yaralısı olub. 

Azərbaycanın Müdafiə nazirliyinin məlumatına görə, həqiqətdə Ermənistan tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov son günlər cəbhədə baş verən hadisələrlə bağlı AzVision.az-a bildirib ki, atəşkəsin elan olunması, müharibənin bitməsi demək deyil. Ekspertin sözlərinə görə, müharibə 25 ildən çoxdur gedir. 

"Ermənistan atəşkəs imzalanan 1994-cü ildən indiyə qədər bir gün də olsa atəşkəs şərtlərinə riayət etməyib. Hazırda atəşkəsin pozulma intensivliyi 120-dən çox olur. Bu, o deməkdir ki, müharibə davam edir. Hər gün bu barədə xəbərlərdə bildirilir ki, düşmən cavab atəşi ilə susdurulub. Əgər Azərbaycan üçün atəşkəsi pozmaq lazım idisə, aktiv döyüş əməliyyatlarına keçərdi. Azərbaycan hələki bu addımı atmır”. 

Ramaldanov qeyd edib ki, cəbhə bölgəsində Ermənistan tərəfi snayperlərin fəaliyyətini aktivləşdirib: "Hər zaman diversiya qrupları ilə cəhdlərin qarşısı alınıb və düşmənin itkiləri çox olub. İndi belə desək, snayper müharibəsinə keçiblər. Sözsüz ki, bizim də snayperlərimiz az deyil. Bunu Qazaxstanda keçirilən snayperlərin yarışında sərrast atıcılarımız sübut edib. Ermənistan isə həmin yarışı əvvəldən tərk edib. Onları göstəriciləri çox aşağı idi. Bizim snayperlər isə həmin yarışda sonacan yarışıb və aparıcı yer tutublar”. 

Ehtiyatda olan polkovnik vurğulayıb ki, son günlər Ermənistanın müəyyən rəhbər şəxslərinin efirlərdə sərt çıxışları cəbhə bölgəsində öz əksini tapır: "Bu isə erməni əsgərlərin itkisi ilə nəticələnir. Deməzdim ki, bu hansısa döyüş qabağı vəziyyəti əks etdirir. Adətən döyüş qabağı vəziyyət daha sakit olur. Hazırda Ermənistanda sosial vəziyyət çox acınacaqlıdır. Cəmiyyətin diqqətini yayındırmaq üçün erməni hərbi rəhbərliyi cəbhədə müəyyən gərginlik yaradır. Bununla onlar cəmiyyəti gərginlikdə saxlamaq istəyirlər. Amma erməni əsgərləri öz cinayətkar komandirlərinin əmrlərini nə qədər icra etməyə davam etsələr, itklər davam edəcək. Erməni anaları bunu nəzərə alıb, öz övladlarını ölümə göndərməsinlər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol