• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Qarabağı Rusiyanın "caynağından" almaq istəyir

ABŞ Qarabağı Rusiyanın "caynağından" almaq istəyir
28.05.2020 22:49
ATƏT-in Minsk Qrupunun həmsədri Amerika Birləşmiş Ştatları deyəsən Qarabağ münaqişəsinin həllində səylərini artırmaq və prosesləri Rusiyanın "caynağından" qurtarıb özünün "ağuşuna" almaq istəyir.

Bu bəllidir ki, Donald Tramp administrasiyası üçün Dağlıq Qarabağ konfliktinin həlli prioritet deyil, lakin, Ağ Evin mövqelərinin Cənubi Qafqazda möhkəmlənməsi baxımından da münaqişə diqqətdən kənarda qala bilməz.

Ağ Ev yəqin buna görədir ki, Rusiyaya qarşı yeni sanksiyaları və bunun Cənubi Qafqaza, xüsusilə Azərbaycan və Ermənistana hansı şəkildə təsir edəcəyini "kölgə kəşfiyyatları" kateqoriyasına aid edilə bilən ABŞ Xarici Siyasət Şurasının dili ilə gündəmə gətirir.

Bu qurumda belə bir qənaət var ki, Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrin ABŞ-ın tətbiq edəcəyi yeni və daha geniş sanksiyalar paketinin təsiri altına düşmə ehtimalı var.

"ABŞ-ın Rusiyanın hərbi-sənaye müəssisələrinə qarşı yeni sanksiyaları üçüncü ölkələri Rusiya silahları almaqdan çəkindirə bilər".

Bunu "Amerikanın səsi"nə müsahibəsində ABŞ-ın Xarici Siyasət Şurasının tanınmış analitiki Stiven Blank söyləyib. "Pis olmazdı əgər bu yolla rus silahlarının Cənubi Qafqaza girişi dayansaydı. O halda, münaqişə tərəflərinin sülhə gəlməsi bəlkə də asanlaşardı", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bəzi istisnalar olsa da, Azərbaycan və Ermənistan kimi Rusiya silahlarının iri alıcıları, hər halda, sürprizlərlə üzləşə bilərlər: "Sanksiyalar hökumətlərə qarşı da tətbiq oluna bilər".

Analitik Şuranın digər eksperti, sabiq səfir Con Herbst öz növbəsində hesab edir ki, Rusiya silahlarının alıcılarına qarşı sanksiyalar ehtimalı yüksək olmasa da, onlar bir şeyi nəzərə almalıdırlar: "Sanksiyalar altında olan şirkətlərlə işbirliyinə girənlər müəyyən nəticələrə də hazır olmalıdırlar".

Herbstə görə, Kremlin SSRİ-ni bərpa eləmək səyləri də nəzərə alınarsa, Rusiyaya qarşı sanksiyalar qaçılmazdır: "Əgər Putin keçmişi qaytarmaq istəyirsə, o zaman biz də onu zəiflətməli və onun situasiyaya təsir resurslarını məhdudlaşdırmalıylıq".

Rusiyanın hərbi-sənaye sferasına qarşı bu qəzəb iki məqamı düşünməyə vadar edir: Ya Amerika Cənubi Qafqazın hərbiləşdirilməsinin səviyyəsini minimuma endirmək istəyir, ya da Rusiyaya təzyiq etməklə regiondakı münaqişələrin "həllini" öz əlində cəmləşdirmək istəyir. Birinci versiya isə o qədər də real görünmür, çünki Amerika hərbiləşdirmənin qarşını almağa yox, bu sahəni Rusiyanın inhisarından çıxarmağa can atır.

Amerika yəqin bu qənaətdədir ki, Qarabağ münaqişəsinin nizama salınması üçün idarəetmənin Rusiyanın monopoliyasından çıxarmağın ən rahat yollarından biri də budur.

Bu fonda demək olar ki, Ağ Evin xarici siyasət doktrinasında Qarabağ probleminin həlli prioritet təşkil edəcəksə, Vaşinqton münaqişənin nizama salınması prosesində öz rolunu yüksəldə bilər.

Əslində bu sanksiya üçüncü ölkələrə tətbiq edilsə belə, bundan Azərbaycan yox, daha çox Ermənistan zərər çəkəcək. Çünki bu danılmaz faktdır ki, Ermənistan Rusiyanın bir nömrəli müttəfiqi və forpostudur. Azərbaycan isə yalnız özünün ərazi bütövlüyünü təmin etmək məqsədi ilə əməliyyatlara başlaya bilər, bu isə beynəlxalq hüquqa zidd deyil.

Çünki dünya ictimaiyyəti de-yure səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. Fərz edək ki, Rusiyanın hərbi sənayesinə qarşı hər hansı sanksiya tətbiq olundu, bu zaman Kremli də Ermənistana təsir rıçaqları azalacaq...

Bundan da yalnız Azərbaycan qazana bilər, çünki Rusiyanın Ermənistana qarşı şantaj imkanlarından məhrum olması Yerevanı Qarabağ probleminin həllində az da olsa konstruktiv mövqe sərgiləməyə vadar edər. Ona görə ki, Rusiyanın Ermənistana təzyiqləri və bununla paralel olaraq onun arxasında durması da düşmən ölkənin Qarabağ məsələsində qeyri-adekvat davranışlarına gətirib çıxarır...
(modern.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol