Türkiyəni bölmək istəyən üçüncü qüvvə

Rusiyanın ermənipərəst "Regnum” agentliyində çalışan gəncəli şərqşünas Stanislav Tarasov iddia edir ki, SSRİ dağılandan sonra Cənubi Qafqazda ən uğurlu siyasət qurmuş xalq ermənilərdir.
Məqalədə Türkiyəyə qarşı Böyük Britaniya və Fransanın 1916-cı ildə tətbiq etmək istədiyi Sayks-Piko sazişinin yenidən gündəmə gəldiyi iddia edilir. Həmin sazişə görə, keçmiş Osmanlının, o cümlədən indiki Türkiyə Respublikasının ərazisi bir neçə yerə bölünməli idi. Tarasov iddia edir ki, PKK yaraqlılarına dəstək verən ABŞ bu layihəni yenidən gündəmə gətirmək niyyətindədir. Onun ididasına görə, Türkiyə ilə "iki dövlət, bir millət”yolu tutmuş Azərbaycan da bundan zərər görəcək.
Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində Tarasovun bu iddialarını tamamilə xəyald məhsulu adlandırıb: "Ermənistan hansı uğurlu siyasəti qurub? Oturuşmuş heç bir dövlət institutu yoxdur. Siyasətçilər arasında ciddi fikir ayrılığı var. Xalq arasında isə qarabağlı - ermənistanlı qarşıdurması yaşanır. Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında ciddi qarşdurma var».
Politoloqun sözlərinə görə, Ermənistının hansısa əraziləri nəzarətdə saxlaması da mifdən başqa bir şey deyil: "Düz-əməlli ordusu olmayan bir topluluq hansı əraziləri nəzarətdə saxlaya bilər? Rusiyanın hərbi dəstəyi olmasa, Azərbaycan Ermənistanı rahatlıqla öz ərazilərindən çıxara bilər. Azərbaycan həm iqtisadi, həm də hərbi güc baxımından Cənubi Qafqazın lideridir".
Qabil Hüseynlinin fikrincə, Stanislav Tarasovun məqaləsi Rusiyanın dərin dövlət maraqları müstəvisində yazalıb: «Yəni digər iki respublikanı şirnikdirməyə və Ermənistanın gününə salmağa çalışırlar. Amma bu baş tutan deyil. Ermənistanın vəziyyətini görən heç bir xalq heç nəyin müqabilində Rusiyanın tələsinə uymaz. Türkiyəyə gəldikdə isə onu heç bir dövlət, heç ABŞ-da parçalaya bilməz".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























