• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İsa Qəmbərlə bağlı göstəriş verdi

Prezident İsa Qəmbərlə bağlı göstəriş verdi
16.01.2018 11:54
Prezident İlham Əliyev İsa Qəmbərin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə xural.com saytı yazıb. Dövlət başçısı Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin həm ölkə daxilində, lazım gələrsə ölkə xaricində müalicə və əməliyyat olunması üçün bütün zəruri addımların atılması barədə müvafiq göstərişini verib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da bu gün açıqlama verib ki, əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək.

S.Novruzov İsa Qəmbərin səhhəti ilə maraqlanmaq üçün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə əlaqə saxlayıb və lazım olan bütün addımların atılacağını deyib.

Qeyd edək ki, S.Novruzov APA-ya açıqlamasında da İ. Qəmbərə şəfa dilədiklərini, can sağlığı arzuladıqların bildirib. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu ölkə vətəndaşlarının müalicəsi, həmçinin, xaricdə müalicəsinə ehtiyac olan zaman müvafiq dəstəyin göstərilməsi ilə bağlı addımlar atır: "Kimliyindən asılı olmayaraq, müraciət edən bütün Azərbaycan vətəndaşlarına – istər incəsənətdə, istər siyasətdə, istər digər sahələrdə çalışan şəxslər olsun – müvafiq dəstək göstərilir. İsa Qəmbər də Azərbaycan vətəndaşıdır. Onun müalicəsinə dəstək verilməsinə ehtiyac olacaqsa, dövlət bu sahədə hər cür dəstək verəcək”.

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə ürəyində yaranmış problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun ürəyinə stentlər qoyulub, hazırda həkim nəzarətindədir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol