• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Davosda çıxış edəcək

İlham Əliyev Davosda çıxış edəcək
18.01.2018 11:00
Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi iqtisadi forumda iştirak etmək məqsədilə Davosa səfər edəcək.

AzVision.az iqtisadi forumunun saytına istinadən xəbər verir ki, Azərbaycan lideri Davosda "Strateji proqnoz: Avrasiya” sessiyasında çıxış edəcək. 

"Siyasi dəyişikliklər, struktur islahatları və texnoloji innovasiyalar regionun strateji perspektivlərini necə dəyişir. Qlobal dəyişikliklər, milli prioritetlər və yerli tendensiyaların Avrasiyada sosial-iqtisadi kontekstinin necə dəyişdiyini öyrənin”, - deyə sessiya barədə məlumatda bildirilib. 

Prezident İlham Əliyevlə yanaşı sessiyada Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstan baş nazirinin müavini Erbolat Dosaev, Beynəlxalq Ticarət Mərkəzinin direktoru Aranca Qonsales Laya, "The Foreign Policy Group”-un baş redaktoru Conatan Tepperman, "VEON” şirkətlər qrupunun icraçı direktoru Jan İv-Şarle çıxış edəcək. 

Davos iqtisadi forumu çərçivəsində baş tutacaq "Strateji proqnoz: Avrasiya” sessiyası yanvarın 23-də yerli vaxtla 17:00-da (Bakı vaxti ilə 20:00) baş tutacaq.

Qeyd edək ki, Davos Forumu 23-26 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək. Ümumilikdə isə hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir. Forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol