Təxribata cəhd edən erməni hərbçi yaralandı

Dünən saat 16:00 radələrində Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə erməni hərbi qulluqçunun odlu silahdan açılan atəş nəticəsində yaralanması haqda məlumat daxil olub.
Anews.az-ın Ordu.az-a istinadən verdiyi məlumata görə, araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan dünən gün saat 13:00-da Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqelərindən təxribata cəhd edərkən yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır.
Qeyd edək ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü ərərfəsində dünən baş vermiş hadisənin erməni KİV-ləri tərəfindən məhz bu gün işıqlandırılması təxribat xarakteri daşıyır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























