Krakovda kritik Qarabağ danışıqları başladı

Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popovun (Rusiya Federasiyası) iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev öz "Twitter” səhifəsində məlumat yayıb.
"Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində substantiv və nəticəli danışıqların tərəfdarıdır”, - deyə Hacıyev qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























