Ramil Usubov polislərə xəbərdarlıq etdi

Yanvarın 18-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo”ya verilən məlumata görə, Ramil Usubov çoxsaylı beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlər zamanı asayişin mühafizəsinin daha da gücləndirilərək mümkün təxribat hallarının qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlərin görüldüyünü xüsusi vurğulayıb.
Məruzədə vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işinin il ərzində ciddi nəzarətdə saxlanıldığı, 74 283 ərizə və müraciətin daxil olduğu, 1915 vətəndaşın qəbul edildiyi bildirilib.
Məruzə ətrafında çıxış edən aidiyyəti xidmət və rayon Polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrdən, həmçinin nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























