• $
  • €
  • ₽
  • ₺
  • £

`Bu dəfə ermənilərə fəlakət zərbəsi endiriləcək` - General

`Bu dəfə ermənilərə fəlakət zərbəsi endiriləcək` - General
19.01.2018 08:30
Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti gərginləşdirməkdə davam edir.

Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi açıqlamada qeyd olunur ki, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi xatırladıb ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.

Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar AydəmirovErmənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə tez-tez təxribat törətməsinə münasibət bildirib. 

General-leytenant AzVision.az -a açıqlamasında deyib ki, cəbhədə vəziyyət belə davam etsə, müharibə hər an başlaya bilər: "Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan hər an hərbi yolla işğal altındakı torpaqlarını azad edə bilər. 

Ermənilər cəbhədə vəziyyəti gərginləşdirsələr, sözsüz ki, Azərbaycan ordusu kəskin şəkildə onları susduracaq. Aprel döyüşləri onlar üçün xırda bir ərazi döyüşü kimi xatırlanacaq. Bu dəfə ermənilərə fəlakət səviyyəsində zərbə endiriləcək”. 

Y.Aydəmirov qeyd edib ki, ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsinin iki mühüm səbəbi var: "Birinci, onlar Azərbaycan ordusunun silahlanması ilə ayaqlaşa bilmirlər. Çünki, Ermənistan müasir silahalar ala, müdafiə sənayesini təşkil edə bilmir. İkinci, cəbhədə vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkə daxili problemlərdən, proseslərdən yayındırmaq istəyirlər. Onlar daxili auditoriyaya "mesaj” ötürürlər ki, guya Azərbaycan tərəfi sakit durmur. Ona görə də diqqət Qarabağa yönləndirilməlidir”. 

General-leytenant bildirib ki, ermənilər hansı silah növü ilə təxribat törətməyə cəhd edirlərsə, onun 5-10 misli artığı ilə cavab verilir: "Bizdə olan silah növlərinin 60-70 faizi onlarda yoxdur. Çünki, buna bizim maddi imkanlarımız çatır. Həmçinin Müdafiə Sənayesi Nazirliyimiz var. Ona görə də yardımla, qrantla, kreditlə ordu saxlamaq mümkün deyil”.

Elvin Abdulqədirov 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol