Rusiyada azərbaycanlıların iştirakı ilə atışma

Rusiyanın Volqoqrad şəhərində atışma zamanı 1 nəfər ölüb, ikisi azərbaycanlı olmaqla, 3 nəfər ağır yaralanıb.
APA xəbər verir ki, insident şəhərin Krasnoarmeyski küçəsində fəaliyyət göstərən kafelərdən birində baş verib.
Məlumata görə, öldürülən şəxsin milliyyətinin rus, yaralananlardan birinin – çeçen, digər iki nəfərin isə azərbaycanlı qardaşlar olduğu bildirilir.
Qafqazlı olduğu bildirilən silahlı şəxslər hadisə yerindən iki avtomobillə uzaqlaşıblar. "İnfiniti” və "Lada Priora” markalı avtomobillərin axtarışı və saxlanılması istiqamətində əməliyyat aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























