Prezident özbəkistanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində Özbəkistan vətəndaşlarının faciəli şəkildə həlak olması xəbərindən son dərəcə sarsıldığını bildirib.
Prezident İlham Əliyev baş vermiş hadisə ilə əlaqədar Prezident Şavkat Mirziyoyevə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























