Konqresdə ölkəmizə qarşı addım

Amerika yaxşı halda dostlarını incik salır, pis halda isə itirir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, ABŞ Dövlət Departamenti əvvəlcə vətəndaşlarını "terror təhlükəsi qarşısında” Azərbaycana getməməyi məsləhət gördü, indi də Konqres nümayəndələrinə "ABŞ – Arsax: səfərlər və təmaslar” adlı sənəd paylanıb:
"Sənədin müəllifi qatı ermənipərəst konqresmen Frenk Pallonedir. O, həmin sənəddə Vaşinqtonu Dağlıq Qarabağı rəsmən tanımağa və separatçılarla birbaşa təmas qurmağa çağırıb. Pallone tək deyil, onu dəstəkləyən başqa konqresmenlər də var. Əlbəttə, bu sənədin ciddi qəbul olunacağı şübhə doğurur, ancaq niyə Dövlət Departamenti konqresmenlərə ABŞ-ın dövlət və təhlükəsizlik maraqlarını izah edən hesabat paylamır ki?!"
Politoloq vurğulayıb ki, Vaşinqton Rusiyanın bölgədəki forpostu olan Ermənistana dəstək verə bilməz:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























