• $
  • €
  • ₽
  • ₺
  • £

Afrin əməliyyatı başladı: Qırıcılar düşməni məhv edir

Afrin əməliyyatı başladı: Qırıcılar düşməni məhv edir
20.01.2018 20:09
ürkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb.


 NTV-nın verdiyi xəbərə görə, hərbi təyyarələr qabaqcadan müəyyənləşdirilmiş mövqelərə zərbə endirirlər. Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirməyin mümkün olduğu bildirilir. Azad Suriya Ordusu bölmələrinin isə qurudan əməliyyata başladığı xəbər verilir.


Qeyd edək ki, "Suriya Azadlıq Ordusu" Əsəd hakimiyyətinə, habelə terrorçu PKK-nın bu ölkədəki birləşmələrinə qarşı müxalif mövqedədir.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində hərbi əməliyyatların başlandığını bildirib.
*** 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçu qrupların Suriyanın Afrin bölgəsindəki mövqelərinin bombalanması ilə bağlı rəsmi açıqlama yayıb. 


APA-nın "Habertürk”ə istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir: "Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xalqını bunların zülmündən qurtarmaq üçün "Zeytun budağı” əməliyyatı başlayıb”. Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb.

***


Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatla bağlı açıqlama yayıb. Açıqlamada deyilir:



"Daxil olan məlumata əsasən yanvarın 20-də Türkiyə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində güc tətbiqinə başlayıb. Türkiyə ordusunun Baş Qərargahı bildirib ki, türk hərbçiləri Suriya kürd "Demokratik İttifaq” Partiyasının silahlılarının provokativ atəşlərinə cavab olaraq Suriya kürdlərinin mövqelərini atəşə məruz qoyub. Bu məlumat Moskvada narahatlıqla qarşılanıb. Vəziyyətin inkişafını diqqətlə izləyirik. Rusiya Suriyada bu ölkənin ərazi bütövlüyünün qorunmasına, suverenliyinə hörmətə əsaslanan və BMT TŞ-nin 2254 saylı qətnaməsinə, eləcə də Astana prosesində deeskalasiya zonalarının yaradılması barədə əldə olunan razılaşmalara uyğun çözümün axtarışı üzrə davamlı mövqeyinə sadiqdir. İŞİD-in simasında beynəlxalq terrorizmin hərbi-siyasi ocağının darmadağın edilməsindən və Suriyadan Rusiya qoşunlarının önəmli hissəsinin çıxarılmasından sonra bu ölkədə qalan rusiyalı hərbçilərin əsas məqsədi deeskalasiya zonalarında atəşkəs rejiminin təmin olunmasından ibarətdir”.


**** 
Türkiyə ordusu və Suriya müxalif qüvvələrinin Afrində terrorçulara qarşı əməliyyata başmasından sonra Pentaqon bölgədə münaqişənin kəskinləşməsinin qarşısını almağa çağırıb.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Erik Paxon deyib. O, münaqişə tərəflərini İŞİD-i darmadağın etməyə çağırıb. Qeyd edək ki, "Suriya Azadlıq Ordusu" Əsəd hakimiyyətinə, habelə terrorçu PKK-nın bu ölkədəki birləşmələrinə qarşı müxalif mövqedədir.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol