Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün Fransanın Strasburq şəhərində AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) qış sessiyası başlayır.
Femida.az-ın xəbərinə görə, sessiya yanvarın 26-dək davam edəcək. Sessiyanın ilk günü AŞPA-nın prezident, vitse-prezidentləri və qurumun insan haqları üzrə komissarı seçiləcək.
"Konfliktlər və onların humanitar fəsadları” mövzusuna həsr edilmiş sessiya çərçivəsində Avropadakı münaqişələr, bu konfliktlərdən əziyyət çəkən insanların yaşadığı çətinliklər, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasının və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılacaq.
AŞPA-nın qış sessiyası zamanı yanvarın 24-də Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı gözlənilir.
Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov isə sessiyanın sonuncu günü - yanvarın 26-da "İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib