Fərid Cəlalov: “Olimpiakos” məğlubedilməz deyil

Azərbaycanın kişilərdən ibarət "Lokomotiv” voleybol komandası ötən həftə Yunanıstanda "Olimpiakos”a 0:3 hesabı ilə uduzub.
Anews.az xəbər verir ki, Challenge Cup turnirinin 1/8 final mərhələsinin cavab oyunu öncəsi "Lokomotiv”in baş məşqçisi Fərid Cəlalov bu matçla bağlı fikirlərini bildirib:
"Yunanıstanda pis oynadığımızı düşünmürəm. Çünki qarşımızdakı rəqib çox güclü idi. "Olimpiakos” asan yenilən komandalardan deyil. Hücumları boşa verdik. Müəyyən kritik anlar oldu ki, həmin anlarda top "öldürə” bilsəydik, hesabda önə keçib seti qazana bilərdik. İlk setdə hətta önə də keçmişdik. Hakim bir neçə epizodda səhvə yol verdi. Demirəm ki, məğlubiyyətimiz bununla bağlı oldu. Ancaq hər halda, müəyyən qədər təsir etdi.
Rəqibin heyətində güclü oyunçular var. "Olimpiakos”da bərabərsəviyyəli voleybolçular cəmləşib. Yunanıstan təmsilçisində zəif oyunçu yoxdur. Bunu statistikaya baxanda da görə bilərsiniz. Ancaq biz də evdə daha yaxşı oynayırıq. Şansların bərabər olduğunu düşünürəm. "Olimpiakos” güclü olsa da, məğlubedilməz deyil. Bu komandanı gözümüzdə şişirtmirik. Voleybolçular meydançaya çıxıb sona kimi mübarizə aparmalıdır. Heyətdə və taktikamızda dəyişiklik etməyəcəyik”.
Xatırladaq ki, "Lokomotiv” - "Olimpiakos” oyunu fevralın 1-də Dərnəgül Voleybol Mərkəzində keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























