• $
  • €
  • ₽
  • ₺
  • £

6 erməni hərbçisi bu cür məhv edildi - VIDEO

6 erməni hərbçisi bu cür məhv edildi - VIDEO
24.01.2018 10:08
Yanvar ayında cəbhədə təxribat törədən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının məhv edildiyi əməliyyatın görüntüləri yayılıb

Sosial şəbəkələrdə yayımlanan videoda Qazax rayonu istiqamətində cəbhə xəttində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv olması əks olunub.

Videoda Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının minaya düşmələri aydın görünür. Erməni hərbçilər ağaclıq və kolluq sahə ilə Azərbaycan Ordusunun mövqelərinə doğru yaxınlaşarkən minaya düşürlər.

İnterAz-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı APA-ya bildirilib ki, bu video cəbhədə təxribat törətməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin verdiyi itkisi barədə Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatı bir daha təsdiq edir.

"Ermənistan Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlədirdi. Onlar digər hadisələri, itkiləri beləcə öz ictimaiyyətlərindən gizlətməyə çalışırlar”, - deyə MN-dən bildirilib. 

Qeyd edək ki, Azərbaycan MN-in cəbhənin Qazax rayonu istiqamətində minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusunun məhv edilməsi barədə yaydığı xəbər Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edilmiş və belə bir hadisənin baş vermədiyi bildirilmişdi.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə ötən gün keçirilən genişmiqyaslı hərbi təlimdə çıxışı zamanı qısa müddət ərzində 20-dən çox erməni hərbçinin cəbhədə məhv edildiyini bəyan edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol