• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyadan yeni silah alacaq

Azərbaycan Rusiyadan yeni silah alacaq
24.01.2018 15:45
Ötən gün Azərbaycan prezidenti İlham Əliyev "RİA Novosti”yə müsahibəsində bildirib ki, Rusiya ilə ölkəmiz arasında hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparılır. Dövlət başçısı deyib ki, bu istiqamətdə heç bir məhdudiyyət görmürük:

"Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır", - deyə prezident vurğulayıb.

Prezident bu istiqamətdə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb və qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub. Artıq silahların alındığını deyən İlham Əliyev əməkdaşlıqla bağlı gələcək planlar üzərində işin davam etdiriləcəyini diqqətə çatdırıb.

Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, 2009-cu ildən etibarən Azərbaycan və Rusiyanın hərbi-texniki əməkdaşlığında dinamikanın yüksəlməsi müşahidə olunur. Ekspertin fikrincə, həmin ildə Azərbaycan və Rusiya "S-300 PMU2 Favorit" zenit-raket komplekslərinin, daha sonra isə 24 ədəd Mİ-35M və 40-dan artıq Mİ-17 helikopterlərinin alınmasına dair böyük müqavilə imzalayıb:

"Bunun ardınca isə digər müqavilələr imzalandı. Belə ki, 100 ədəd T-90S, 100 ədəd BMP-3 piyada döyüş maşını, 18 ədəd "Vena” özüyeriyən minaatan, 18 ədəd MSTA-S özüyeriyən haubitsa, mühəndis-istehkam maşınları, özüyeriyən körpülər, sursat zərərsizləşdirmək maşınları, çox sayda BTR 82-A zirehli transportyorunun və TOS-1A ağır odsaçan artilleriya sisteminin alınması baş tutub. Bu müqavilələrin ümumi həcmi 5 milyard dollardan çoxdur. Müqavilələr üzrə əsas texnikaların çatdırılması demək olar ki, tamamlanıb. Son olaraq bu günlərdə BTR 82-A-lar gətirildi. Bundan əlavə döyüş sursatları da ölkəmizə göndərilib”. 

R.Süleymanov qeyd edib ki, Rusiya ilə növbəti müqavilələr hərbi aviasiya və hərbi dəniz qüvvələri ilə bağlı ola bilər: "Rusiya hərbi sənayesinin bir sıra sahələrə görə, dünyada özünəməxsus yeri var. Zenit-raket kompleksləri sayəsində dünyada liderliyini qoruyub saxlayır. Eləcə də tank texnikalarının istehsalı sahəsində Rusiya ön yerlərdə dayanır. Həmçinin aviasiya və artilleriya sistemləri sahəsində də qabaqcıl yeri tutur. 

Rusiyadan aldığımız silahların bir çoxu 2016-cı ilin aprel döyüşlərində istifadə olunub. Bu silahlar döyüşlərdə özünü doğruldub. Rusiya hərbi sənayesi son 2 ildə Suriya poliqonunda kiçik atıcı silahlardan başlayaraq uzaq mənzilli raketlərə qədər 160-dan çox çeşiddə silah-sursatı praktik olaraq sınaqdan çıxarıb”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycana qarşı aparıcı hərbi sənaye ölkələri olan ABŞ, İngiltərə, Fransa və Almaniya kimi digər Qərb ölkələrinin rəsmi və qeyri-rəsmi formada silah embarqosu mövcuddur: "Buna baxmayaraq, ordunun silahlanma prosesi dayanmır və hər zaman bu yenilənməlidir. Belə olan halda embarqonu aşmaq üçün alternativ bazarlara üz tutulmalıdır. Bunlardan biri də Rusiyadır. Təbii ki, bundan yararlanmaq lazımdır. Döyüş təhdidlərinə qarşı silahlanma mütləqdir. Rusiya istehsalı olan silahlar öz parametrlərinə və taktiki-texniki xüsusiyyətlərinə görə Qərb silahlarını üstələyirlər. Belə olan halda niyə də Rusiyadan silahlar alınmasın. Qərb bizə silah bazarı qapılarını açana qədər Rusiyadan yararlanmaq lazımdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol