Ermənistanın baş bankiri Azərbaycanla bağlı yalan məlumat yayıb - FOTO

Ermənistan Mərkəzi Bankının rəhbərinin bu ölkədə pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaq olmaqla, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
Nazirlik rəsmisi deyib ki, bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























