• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağı Azərbaycana qaytarmaq istəyən ermənilər

Qarabağı Azərbaycana qaytarmaq istəyən ermənilər
26.01.2018 21:03
İrəvanda fəaliyyət göstərən Qafqaz İnstitutu adlı qeyri-hökumət təşkilatı (QHT) dərc etdiyi məruzədə iddia edib ki, Ermənistanda əhalinin yalnız 0,3 faizi işğal olunmuş əraziləri Azərbaycana  qaytarmağın tərəfdarıdır.

İstiPress-in məlumatına görə, Rusiyanın ermənipərəst "Regnum” portalının dərc etdiyi sorğuda bildirilir ki, Ermənistanda rəyi sorşulanların 53,6%-i hesab edir ki, işğal edilən ərazilər Ermənistanın birləşdirilməlidir, 46,1%-i isə düşünür ki, həmin ərazilərdə ikinci müstəqil erməni dövləti təşkil olunmalıdır. Yəni 99,7% erməni bu fikirdədir ki, Qarabağı Azərbaycana qaytarmaq olmaz.

Məqalədə Dağlıq Qarabağ erməniləri arasında da sorğu aparıldığı vurğulanır və iddia edilir ki, Dağlıq Qarabağ ermənilərin 95-96 faizi bu fikirdədir ki, işğal edilmiş ərazilərdən Azərbaycana bir metr də qaytarmaq olmaz və ermənipərəst portal başlığa da bu iddianı çıxarıb. Guya Dağlıq Qarabağ ermənilərinin  50,5%-i işğal edilmiş ərazilərin Ermənistana birləşdirilməsini, 48,9%-i isə müstəqil dövlət olmasını istəyir, 0,1%-i isə Azərbaycan daxilində muxtariyyətə razıdır.Qafqaz İnstiutunun sorğu adlandırdığı həmin məruzəyə görə, rəyi soruşulanların 86,4% -i işğal olunan ərazilərdən Azərbaycana bir metr də qaytarmağı məqbul görmürlər. Yalnız 7,6%  erməni Dağlıq Qarabağ ətrafındakı beş və ya yeddi rayonu Azərbaycana qaytarmağı mümkün görüb.

Serj Sarkisyana yaxınlığı ilə tanınan və hərdən onu dəstəkləmək üçün fantastik vəsvəsələr irad edən Aleksandr İskandaryanın rəhbərlik etdiyi Qafqaz İnstitutunun bu rəqəmləri özündən uydurduğu aydındır. Hər halda, Serj Sarkisyan AŞPA tribunasından iddia etmişdi ki, Qarabağ heç zaman Azərbaycanın tərkibinə qaytarılmayacaq və Aleksandr İskandaryan da ona bir növ elektorat dəsətəyi hazırlayıb. Yəni bax, görürsünüz, xalq belə istəyir, Sarkisyan da buna görə beynəlxalq kürsüdən bütün beynəlxalq qanunlara, Helsinki xarityasına tüpürüb Ermənistanı təcriddə saxlamağa və potensial müharibə hədəfinə çevirməyə məcburdur. Bu, əslində, daxili bazara ünvanlanmış mesajdır və Ermənistandan artıq neçə ildir davam edən böyük köçə, işsizliyə və səfalətə haqq qazandırmaq cəhdidir.

Bunun başqa hədəfi də var. İskandaryanın icad etdiyi sorğuda rəyi soruşulanların 50 faizindən çoxunun işğal edilmiş ərazilərin ilhaq edilməsinin tərəfdarı olduğu göstərilir. Bu məsələn martın sonlarında Serj Sarkisyanın Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistan tərəfindən ilhaq edilməsi barədə bəyanat verilməsinə səbəb ola bilər. Bu, Azərbaycana müharibəyə başlamaq hüququ verir və heç bir beynəlxalq qurum, nə ATƏT, BMT Azərbaycanı müharibədən  çəkindirməyə cəsarət edə bilməz, əksinə qərb həmin müharibədə Azərbaycanın yanında yer almağa məcbur olacaq.

Çünki Krımı ilhaq etmiş Rusiya istər-istəməz Ermənistana gizli dəstək verməyə məcbur olacaq. Ola bilər ki, Qərb Rusiyanın başının Qarabağda qatışmasından yararlanaraq Gürcüstan və Ukraynda böyük müharibəyə başalyacaq. Təbii, Rusiya daha çox Ukrayna ilə məşğul olduğundan Ermənistan ordusu Qarabağda çox sayda mövqeləri itirəcək, sülh danışıqlarına başlamağa məcbur olacaq. Yəqin ki, Rusiya ilə diplomatik gedişlərdən sonra işğal etdiyi ərazilərdən çıxacaq. Onda isə Ermənistanda Sarkisyan tərəfdaşları baş qaldıracaq və o, xilaskar, millət atası ranqında baş nazir kürüsünə oturacaq.  Baş nazir kürsüsünə yiyələnmiş Sarkisyan beləcə Qarabağ problemindən də xilas olacaq.

Təbii ki, artıq işğal faktoru olmadığından Ermənistanın Türkiyə və Azərbaycanla yolları açılacaq, vəziyyət düzələndən sonra xalq sakitləşəcək. Beləcə, Serj Sarkisyan ölənə kimi Ermənistanda hakimiyyətdə qalmağı bacaracaq. 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol