• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan ermənilərə kömək edən gizli qüvvə

Bakıdan ermənilərə kömək edən gizli qüvvə
26.01.2018 23:47
Ermənilərin 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımın 100 illiyi ərəfəsində arxeoloq-alim, Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev onu narahat edən məsələləri İstiPress-in şimal bürosu ilə bölüşüb.
Quba soyqırım məzarlığının tədqiqatçısı olan Qəhrəman Ağayevin sözlərinə görə, 2007-ci il aprel ayının əvvəllərində Quba şəhər stadionunda tədadüfi qazıntı zamanı aşkar edilmiş məzarlıqda Arxeologiya və Etnoqrafiya İnstitutu geniş şəkildə araşdırma və tədqiqat aparıb, ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərin canlı sübutunu aşkar edib. Bir ildən bir az müddətdə aparılan tədqiqat işləri nəticəsində məlum olub ki, erməni vandalizmi, erməni vəhşiliyi nəticəsində Quba şəhərində 9 gün ərzində - 1918-ci ilin may ayının 1-dən 9-a kimi 2000-dən çox dinc insan qətlə yetirilib və şəhərin ayrı-ayrı yerlərində basdırılıb.

Həmin insanlardan bir qismi-təxminən 600 nəfəri kütləvi məzarlıqda basdırılıb. Onların da əksəriyyəti uşaq, qadın və yaşlı kişilərə aiddir. Arxeoloq-alim bildirdi ki, Azərbaycan ptezidenti İlham Əliyevin sərəncamı ilə, Heydər Əliyev Fondunun xəttilə tapıldığı gündən insanların xüsusi ziyarətgahına çevrilmiş bu kütləvi qətliam ocağında öldürülənlərin xatirəsinin əbədiləşdirmək məqsədilə ərazidə möhtəşəm Soyqırım Memorial Kompleksi tikilərək 2013-cü il sentyabr ayının 18-də istifadəyə verilib. Möhtəşəm və tarixi nöqteyi nəzərdən çox böyük əhəmiyyət kəsb edən Quba Soyqırım Memorial Kompleksi nəinki Azərbaycan xalqına, eyni zamanda digər türk xalqlarına qarşı ermənilər tərəfindən törədilən cinayətləri, əlbəttə ki, tədqiqatlar nəticəsində aşkar edilən kütləvi məzarlıqla birlikdə özündə əks etdirən yeganə soyqırım komleksidir.

Amma memorial komleksə aid olan, onun əsasını təşkil edən və şüşə örtüklə bağlanması nəzərdə tutulan kütləvi məzarlığın bu günəcən açıq vəziyyətdə qalması arxeoloq alimi ciddi narahat edir. Onun sözlərinə görə, hələ 2009-cu il sentyabr ayının 18-də prezident İlham Əliyev ilk dəfə məzarlığı ziyarət edərkən, içərisinə azon qazı buraxılmaqla - məzarlığın germetik şüşə altında saxlanılması barədə ona məlumat verilmişdi və ölkə başçısı bu fikri bəyənmişdi. Bu işlə bağlı Nazirlər Kabinetinin, Mədəniyyət və Turizm, Fövqalədə Hallar Nazirliklərinin ayrı -ayrı qurumlarının, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları əməkdaşlarının iştirakı ilə dəfələrlə keçirilmiş müşavirələrdə də bu ideya bəyənilmiş və həyata keçirilməsi üçün təkliflər də irəli sürülmüşdü. Hətta bu məqsədlə təcrübə üçün məzarlıqdan götürülən bir neçə insan sümüyü EA-nın Fizika İnstitutuna verilmiş, müsbət nəticə də əldə edilmişdi.

Qəhrəman Ağayevin məlumatına görə, hələ məzarlıqda tədqiqat işləri aparılarkən buradakı insan sümüklərindən 7000 ədədi müxtəlif analizlər aparılması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizadı və Patoloji Anatomiya Birliyinə verilib və lazımi nəticələr əldə edilib. Analizlərdən sonra həmin sümüklərin yerinə qoyulması da gündəmdən kənarda qalıb. "Quba Soyqırım Memorial Kompleksinin yaradılmasında elmi tərəfdən əsas xidməti olan Azərbaycan Milli Elmlər Akademiyasının gördüyü işlər diqqətdən kənarda qalıb” deyən arxeoloq alimin fikrincə, Quba məzarlığı ilə bağlı məsələlər elə bu səbəbdən bu günə qədər öz həllini tapmayıb. Hələ vaxtilə qərara alınmışdı ki, Quba Soyqırım Memorial Kompleksi elmi cəhətdən Elmlər Akademiyasının nəzarəti altında saxlanılacaq. Amma qeyd etmək yerinə düşər ki, Azərbaycan Milli Elmlər Akademiyası Quba məzarlığından uzaqlaşdırılmasına baxmayaraq, bu gün də məzarlıqdakı insan sümüklərinin qorunub saxlanılmasında Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun müstəsna rolu var. Əks təqdirdə 11 ilə yaxındır ki, açıq havada qalan insan sümükləri çoxdan çürüyərək dağılmışdı. Bu məqamda arxeoloq alim Qəhrəman Ağayev sual edir: "Bəs nə səbəbdəndir ki, ermənilərə göz dağı olan, onların vəhşiliklərinin, iyrənc və murdar sifətlərinin, ağılsız siyasətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeganə canlı sübut olan məzarlıq bu günə qədər şüşə örtük altına salınmayıb? Ola bilsin ki, məzarlığın şüşə örtük altına salınmamasının başqa səbəbləri var. Biz bunu bilmirik".

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev qətiyyətlə bu qənaətdədir ki, türk, ümumiyyətlə, müsəlman xalqlarına qarşı ermənilər tərəfindən törədilən cinayətlərin canlı təcəssümü olan, dövlətimiz və prezidentimiz tərəfindən böyük zəhmət və maliyyə vəsaiti bahasına aşkar edilən bu məzarlığın dağılması və torpaq altına basdırılması böyük cinayət ola bilər, həm indiki, həm də gələcək nəsil bunu bizə bağışlamaz...

Qəhrəman Ağayev bu sözləri təsadüfən demir. Axı, cəmi iki aydan sonra ermənilərin 1918 -ci ildə Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımın 100 ili tamam olur. Axı, məhz rəhmətlik Heydər Əliyev 1918-ci ilin mart, aprel və sonrakı aylarında da ermənilərin öz havadarları ilə birlikdə Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri dəhşətli cinayət və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması və bu günün anılması məqsədilə 31 mart gününü xüsusi sərəncamla Azərbaycanlıların soyqırımı günü elan edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol