“Xəbərdən olduqca kədərləndim” - İlham Əliyev

Prezident İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaniyə dünən Kabildə baş verən terror hücumu ilə əlaqədar başsağlığı verib.
"Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:
"Hörmətli cənab Prezident,
Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu amansız terror aktı dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının vacibliyini və zəruriliyini bir daha təsdiq edir.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























