Afrindən Qarabağa açılan atəş!

Türk ordusunun Suriyada apardığı anti-terror əməliyyatı və bu əməliyyatın sadəcə regionun deyil, Qərbin və ümumilikdə bütün dünyanın təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyi hər kəsə bəllidir. Ən azından ona görə ki, heç bir hüquq və dəyər tanımayan terror təşkilatının əslində bütün bəşəriyyət üçün eyni dərəcədə təhdid və təhlükə mənbəyi olduğu birmənalıdır. Bu baxımdan Suriyadakı anti-terror əməliyyatında şəhid olan hər bir türk əsgərinin sadəcə Türkiyənin deyil, dilindən, dinindən, milliyətindn asılı olmayaraq dünyadakı hər bir fərdin təhlükəsizliyi naminə canından keçdiyi şəksizdir. Bu baxımdan, türk ordusunun Afrin əməliyyatının önəmi bütün təsbit və dəyərləndirmələrdən daha yüksəkdir.
Üçüncüsü, PKK və ona havadarlıq edən insanlardan sosial baza kimi istifadə etmək, onları işğaldakı Azərbaycan torpaqlarında yerləşdirərək ordumuzun gələcək hücumlarına qarşı təbii sədd fomalaşdırmaq Ermənistan rəhbərliyinin həyata keçirmək istədiyi məkirli niyyətlərdən biridir. Hansı ki, Afrin əməliyyatı sonuncu terroristə qədər bütün terrorçuların məhvini nəzərdə tutur ki, bu da terror təşkilatınn sosial bazasının da dağıdılması, tükədilməsi deməkdir.
www.anews.az
Türkiyənin Afrində həyata keçirdiyi anti-terror əməliyyatının digər bir önəmi bu əməliyyatların dolayısı ilə erməni terrorçularını da zəiflətməsi, onların da dayaqlarını sarsıtması ilə bağlıdır. Bəli, ilk baxışdan nə qədər qəribə görünsə də, əslində türk ordusunun Afrində açdığı atəşin həm də dolayısı ilə Qarabağa istiqamətləndiyi, işğaldakı Azərbaycan torpaqlarının azadlığına hesablandığı bir gerçəkdir. Afrin və Qarabağ arasındakı əlaqənin nədən ibarət olduğunu anlamaq üçün aşağıdakı sadə, fəqət inkaredilməz həqiqətlərə nəzər salmaq kifayətdir.
Birincisi, PKK və erməni separatçıları, o cümlədən ASALA və s. kimi erməni terror təşkilatları arasında hər zaman ciddi əməkdaşlıq mövcud olub ki, bu əməkdaşlığın bu gün daha da genişlənməsi ilə bağlı ölkə mediasında zaman-zaman narahatedici məlumatlar yer almaqdadır.
Bu isə o deməkdir ki, PKK-nın məhv edilməsi erməni terrorçularının tarixi və təbii müttəfiqlərindən məhrum edilməsi deməkdir.
İkincisi, Qarabağda – işğaldakı Azərbaycan torpaqlarında erməni separatçılarının xeyir-duası ilə PKK-nın təlim bazaları yaratdığı, bu ərazilərdən poliqon kimi istifadə etdiyi ilə bağlı informasiyalar səslənir. Bu isə o deməkdir ki, PKK-nn Suriya cəbhəsində vəziyyətinin ağırlaşması Qarabağda məskunlaşan, təlim-məşq toplantıları keçirən PKK-çıları da bu bölgəni tərk etməyə, Suriyada ölümə məhkum edilən terrorçuların köməyinə tələsməyə sövq edəcək, onları Azərbaycan torpaqlarını tərk etməsi prosesini sürətlənirəcək.
Bundan başqa da, türk ordusunun Afrin zəfəri və inadlı mübarizəsi sadəcə Suriyadakı PKK-çıları deyil, dünyanın digər bölgələrindəki PKK-çıları da psixoloji baxımdan sarsıdır ki, bu da onları mübarizə üçün gərəkli olan mənəvi gücdən məhrum edir. Şübhəsiz, Suriyadakı prosesləri izləyən Qarabağda məskunlaşan PKK-çılar da anlayır ki, bu gün Afrində terrorçuların başına gələnlər sabah Azərbaycan ordusu tərəfindən onların başına gətiriləcək. Başqa sözlə desək, türk ordusunun Afrin əməliyyatı terrorçular üzərində psixoloi baxımdan üstünlük əldə etmək baxımından da önəmlidir.
Dördüncüsü, Afrin cəbhəsində can verən, sözün əsl mənasında tar-mar edilən PKK-nın rəzil sonu Azərbaycan torpaqlarını işğalda saxlayan erməni terrorçuları üçün də qorxu dolu ibrət dərsi, psixoloji travmadır. Çünki erməni separatçıları yaxşı başa düşür ki, belə bir aqibət bir gün onlar üçün də var. Bu baxımdan Afrində PKK terrorçusunun başına sıxılan hər bir gülləni erməni terrorçusunun ruhuna sıxılan güllə hesab edilə bilər.
Bir sözlə, görünən odur ki, türk ordusunun Afrində açdığı atəş, həm də Qarabağdakı terrorçuları məhv etməkdədir. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyənin anti-terror əməliyyatlarını ikiqat səylə dəstəkləməli və münasib bir vaxtda Afrin əməliyyatının eynisini Qarabağda təkrarlamalıdır. Hansı ki, Azərbaycan ordusunun gücü, döyüş hazırlığı Türkiyənin Afrində sərgilədiyi müvəffəqiyyətin eynisini Qarabağda sərgiləməyə imkan verir və yəqin ki, yaxın gələcəkdə biz bu qalibiyyətin şahidinə çevriləcəyik.
(moderator.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























