• $
  • €
  • ₽
  • ₺
  • £

Elxan Məmmədov: Azərbaycan Ermənistanla qarşılaşa bilər

Elxan Məmmədov: Azərbaycan Ermənistanla qarşılaşa bilər
30.01.2018 19:12
AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyənin Antalya şəhərində brifinq təşkil edib.
 
Anews.az xəbər verir ki, Məmmədov Millətlər Liqasındakı rəqiblərimiz (Malta, Kosovo, Farer adaları) və ölkəmiz tərəfindən müstəqilliyi tanınmamış Kosovo ilə oyun haqda danışıb:

"Millətlər Liqası bizim üçün yeni imkanlar, şanslar yaradır. Artıq rəqiblərimiz də bəllidir. Bəzi rəqiblərlə yaxın keçmişdə oynamışıq, tanış komandalardır. Artıq sabah (bu gün – S.T.) ilk yoxlama oyunu keçirəcəyik. Əsas məqsəd futbolçuları yoxlamaqdır. Martda ikinci sınaq oyunumuz da olacaq (martın 27-də Antalyada baş tutacaq Makedoniya ilə matçı nəzərdə tutur – S.T.).

Kosovo idman qurumu olaraq BOK, FİFA və UEFA üzvü kimi artıq Azərbaycana səfər edib. Onların U-21 komandası da Bakıya gəlib. Bu addımı atmamışdan əvvəl Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirdik və UEFA-ya bildirdik. Oyundan öncə bir daha XİN ilə məsləhətləşəcəyik, düşünürəm ki, bir problem olmayacaq”.

O, Qurban Qurbanovun milliyə təyinatı barədə də verilən suala cavab verib:

"Bundan əvvəl iki əcnəbi baş məşqçi ilə işlədik. Bura gələnə qədər onları tanımırdıq. Amma Qurban müəllimi 10 ildir ki, yaxından tanıyırıq. Əvvəl də futbolçu kimi azarkeşlik edirdik. İndi bilirəm ki, sürprizlər olmayacaq. Əsas məsələ uzunmüddətli düşünməkdir və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə oynamasıdır. Millətlər Liqasında məqsədimiz birinci yeri tutmaqdır. Düşünürəm ki, komanda bunu bacaracaq gücdədir”.

Elxan Məmmədov millinin yeni şüarı və Millətlər Liqasında Ermənistanla oyunumuzun olması ehtimalı haqda verilən suala da aydınlıq gətirməyə çalışıb:

"Yeni şüar barədə marketinq şöbəsinin əməkdaşları düşünürlər. Bundan əvvəlki "Niyə də yox?” şüarı ölkədə çox populyar oldu. Düzdür, seçmə mərhələnin sonu uğursuz olduğuna görə şüar axırda komik format aldı, buna baxmayaraq, addım özünü doğrultmuşdu. Millətlər Liqasında yolumuz Ermənistanla kəsişə bilər. Bu, problemli oyundur. Püşkə görə, bu mərhələdə düşə bilmədik, amma növbəti mərhələdə qarşılaşa bilərik. UEFA bizə şifahi olaraq xəbərdarlıq etdi ki, bu hal baş versə, məsələyə İcraiyyə Komitəsi qarışacaq. Oyun olacaqmı, olacaqsa, harada olacaq və s. Amma futbol elədir ki, yekunda FİFA və UEFA-nın tövsiyələrini nəzərə alacağıq. Nə lazım olsa, onu da edəcəyik. Neytral meydançada olsa da, oyun baş tutacaq. Eyni qaydada canlı yayım, sponsor problemləri var”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol