• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz Məmmədov prezident seçkilərindən danışdı

Novruz Məmmədov prezident seçkilərindən danışdı
06.02.2018 22:18
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını şərh edib.

"Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Novruz Məmmədov 2016-cı ilin sentyabr ayında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumla yeni bir tarixi mərhələnin başlandığını deyib:

"Buna görə dövlət başçısı növbədənkənar seçkilər yolu ilə seçicilərə etimad votumu üçün müraciət edir. Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir.
Şübhəsiz ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib”.
 

Prezidentin köməkçisi vurğulayıb ki, 2018-ci ildə Azərbaycanda onlarla beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılıb:
"Aprel ayının sonundakı Formula-1 yarışlarından başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi, Azərbaycan Ordusunun, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı silsilə tədbirlər, Bakı Beynəlxalq Humanitar Forumu və bu qəbildən olan digər tədbirlərin seçkilər öncəsi və seçkilər dövründə təşkili seçki prosesinə də əlavə çətinliklər yarada bilərdi. Bu səbəbdən, seçkilərin belə mühüm tədbirlərdən əvvəl yekunlaşdırılması daha məqsədəuyğundur”.

Novruz Məmmədov qeyd edib ki, müasir dövrümüzdə beynəlxalq münasibətlər sistemində mövcud olan tendensiyaların intensivliyi, Azərbaycanın yerləşdiyi regionda və daha geniş coğrafiyada baş verən proseslər hər an müəyyən suallar yarada bilər. Bu da hazırlıq səviyyəsinin artırılmasını və xarici siyasətdə çevikliyin nümayiş etdirilməsini tələb edir.

Eyni zamanda, Cənubi Qafqaz regionunda və qonşu regionlarda cərəyan edən neqativ proseslərin getdikcə kəskin xarakter alması və Azərbaycanın da yerləşdiyi bölgəyə təsir göstərməsi ehtimalı mövcuddur. Həmin neqativ təsirləri neytrallaşdırmaq məqsədilə atılan qabaqlayıcı addımlardan biri də Prezident seçkilərinin vaxtının irəli çəkilməsidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol