Aprel döyüşçüsü aldadıldı -Ürək ağrıdıcı məktub

Xahis edirəm mənə kömək edin. Mən Arzu Məmmədov Ramiz oğlu Aprel döyüşlərində əlil olmuşam . İndi Evsiz kirayələrdə iki balamla çürüyürəm.Mən Aprel döyüşçüsüyəm qolumu itirmişəm.Əliləm mənə Daşkəsən icra başçısı Əhəd Abıyevin əl altısı (İlhamə Bayramova ) ev vermək adı ilə pul atıblar.
Vətənimin dəyərli oğlu əsl vətənpərvər,Vətəndən uzaqda yənə də bu Vətən,bu millət üçün çalışan #Füzuli Məmmədov kimi vətənpərvərlərdən dəstək və komək istəyirəm.
www.anews.az
Mən Məmmədov Arzu Ramiz oglu 01.01.1985-ci ildə Daskəsən rayonunda anadan olmuşam.1991-ci ildə orta məktəbin 1-ci sinfinə qəbul olunmuşam.2002-ci ildə məktəbi bitirmişəm.Həmin il yuksək balla Gəncə Texnologiya Universitetinin Iqtisadiyyat fakulətisə qəbul olmusam.2006-ci ildə universiteti bitirib hərbi xidmətə yollanmisam.Usaqliqdan hərbici olmaq ən boyük arzum olub.Amma ailənin tək oğlan ovladi olduğum üçün valideynlərim icazə verməyib.Hərbi xidməti bitirdikdən sonra Kapital bankda kredit mutəxessisi daha sonra həmin bankin filial müdürü işləmişəm.2014 -cu ildə öz ərizəmə əsasən tutduğum vəzifədən azad olunmuşam və nəhayət ki, hərbiçi olmaq arzumu həyata kecirmişəm.Valideynlərimi hərbiçi olmağıma görə güclə razı salmışdım.Ailəm və valideynlərim biləndə ki, mən yaşadığım Gəncə şəhərində yox ön cəbhədə,döyüş bölgəsində qulluq etmək istəyirəm yənə narazılıq etdilər,amma faydası olmadı.Məni artıq bu yoldan heç kim döndərə bilmədi.Vətən sevgisi hər şeydən üstün oldu. Mən isə arzuma çatdım,hərbiçi oldum.Mən Vətənə,torpağa sevgimi sözlə ifadə edə bilmerəm. komandir vəzifəsində idim.2008 -ci ildə ailə qurmuşam. 2 övladım var.Oğlum çox təssüf ki, görmə qusurludur.Sol gözü görmür.Sağ gözü isə gözün mərkəziylə görmür.Həkimlərin dediyinə görə yalnız davamlı müalicə ilə görən gözün görməsini saxlamaq mümkündür.Yoldaşım ali təhsillidir.Hal-hazırda işləmir.Mən 1-5 aprel Qarabağ uğrunda gedən döyüşlərdə Lələtəpə uğrunda kı, döyüşdə top komandiri kimi fəal iştirak etdim və torpaqlarımızın düşmən işğalından azad olunması üçün əlimdən gələni etdim.03 aprel-qizim Aydanın doğum günündə ağır yaralanaraq sağ qolumu itirdim.Bədənimin bir çox yerindən dərin qəlpə yaraları aldım.Qulaq pərdələrim zədələnmişdi esitməyimdə problem yarandı.Onurğamda problemlər yaranmışdı.Hipertoniya xəstəliyi baş qaldırdı.Artıq 1 -il 10 aydır ki,hospitalda davamlı müalicə alıram.Bu müddət ərzində 5 dəfə amputasiya olunmuş qolumdan? 1 defə ayağımdan əməliyyat olunmuşam.Ayağımın əməliyyatı zamanı siniri zədələdikləri üçün helə də reabilitasiyada müalicə olunuram.Qolum da sağalmır.Vitse-prezident Mehriban xanım Əliyeva biz aprel qazilərinin ən son model protezlə təmin olunması göstərişini verməsinə baxmayaraq mən protezimi helə də ala bilməmişəm.
Amma bunlar yəqinki zamanla duzələcək məsələlərdir.Mən ən çox əziyyət çəkdiyim evsiz olmağımdır.Müalicəmlə bağlı yaralandığım vaxtdan ailəmlə birgə Bakı şəhərində kirayədə yaşayıram.Hec bir yerdən köməyim yoxdur.Ata-anam yaslı və təqautidirlər.Atam evini oğlumun gözünün müayinə, müalicəsi üçün illər əvvəl satıb. Mən hospitalda yatdığım müddətdə bütün rayonların icra başçıları öz rayonundan olan yaralıları ziyarətə gəlirdilr.Bizim icra başçısı-Daşkəsən RİH-nin başçısı nə özü ziyarətə gəlmədi,müavinlərdən,rayon məmurlarından kiməsə mənimlə marağlanmaq göstərişi vermədi.Halbu ki, cənab prezidentimiz Ali Baş Komandan Ilham Əliyev özü şəxsən bizi ziyarət etmiş və məmurlara bizə diqqət və qayğını artırmaq göstərişi vermişdir.Mən əsgərəm,döyüş yoldaşım Bağırov Sərxanın 40 mərasimində iştirak edə bilmək üçün hospitaldakı ilkin müalicəm tam bitmədən ambulator mualicə üçün evə yazilmağımı xahiş etmişdim.Şəhidimin yas mərasimində iştirak etdikdən sonra Daşkəsən rayonuna yollandım.Əhəd Abıyevlə görüş zamanı bu qədər vaxt ərzində niyə 1 -telefon zəngini belə etmədiyini soruşduqda "mənim oğlum özünü 7-ci mərtəbədən atmışdı o, zaman başım qarışıq idi.Gözümə heç kim,heç nə görünmürdü.Bugundən narahat olma hər problemini həll edəcəm."Mən mənzillə bağlı dərdimi dedikdə bizim rayonda bunun üçün torpağ sahəsi və ya mənzil olmadığını amma Gəncə şəhərində olduğunu bildirdi.Dedi ki,Gəncə şəhər icra başçısıyla danışıb həll edəcək.Amma bunun üçün mən Daşkəsən rayonundan qeydiyyatdan çıxıb Gəncə şəhərində qeydiyyata düşməli olduğumu bildirdi. Əhəd Abıyevin ən öndə gedən işçisi icra hakimiyyətinin hüquqşunası olan Ilhame Bayramova həyat yoldaşımın yaxın qohumu bizi əmin etdi, inandırdı ki, narahat olmayın Əhəd müəllim kömək edecək.Bu görüşdən sonra biz Gəncədə yoldaşımın uzaq qohumunun evinə qeydiyyata düşdük və bunu Ilhamə xanıma bildirdik.Ilhamə Bayramova bir neçə gün sonra zəng edib Əhəd müəllimin ev məsələni həll etdiyini bizə Gəncədə 4 otaqlı tam yeni əşyalı evlə təmin ediləcəyimizi lakin bunun üçün 20000 (iyirmi min) manat pul lazım olduğunu dedi.Mən o, qədər pulum olmadığını dedikdə başqa cür alınmır cavabı aldım.Ailəmlə məsləhətləşdikdən sonra 13000 valideynlərim borcla duzəldib verdiyi,6000 özümün borc götürüb və 1000 manat dövlətin mənə yaralanmağıma görə verdiyi pulu cəmləyib Ilhamə Bayramovaya verdim.Zülm bundan sonra daha da artdı.Hər gün düzələcək narahat olma deyilirdi.ilhamə Bayramovanın dələduzluqdan həbs olunmasını oyrəndim.polisə şikayət ərizəsi ilə müraciət etdim.Məndən başqa onlarla vətəndaşdan hərədən bir adla pul almışdı hamısı da icra başçısının adı vardı.Ən acınacaqlısı başqa bir Qarabağ qazisindən də eyni ev vermək adıyla pul alınmışdı.Bu insan helə də həps olunmayıb.Icra başçısıyla əlbir olduğu icra başçısı Əhəd Abıyevi onu himayəsinə gotürməsindən tam aydındır.Artıq 1 ildir.Prokurorluq mənim işimin Ilhamə Bayramovanın cinayət işlərinin içərisindən çıxarıldığını istəsəm təkrar şikayət edə biləcəyimi bildirdi.Səbəb nədir?bilinmir.Cinayətkar çox rahat həyatını yaşayır.Bununla bağlı şikayətimə baxılmadı.indisə evsiz üstəlik də verdiyim pulun borcuyla kirayədə zülüm çəkirəm.Canımın ağrısını gözdən çıxarıb balalarımın gələcəyi üçün 1-evimiz olsun deyə hər kəsə kömkk üçün müraciət edirəm amma cavabsız qalır.Mən sağlamlığımı və işləmək qabiliyyətimi itirdiyim üçün artıq övladlarım üçün heç nə etmək iqtidarında deyiləm.Sizlərdən xahiş edirəm mənə kömək edin.Mən fəxr və qurur hissi ilə deyirəm ki, mən Qarabağ müharibəsinin Aprel doyüşündə qazi olmuşam.Bu gün ehtiyac olarsa Ali Bas Komandanın tək əmri ilə bu yarimcanla yenə düşmənə qarşı durmağa,doyüşməyə haziram.8 yaslı oğlum boyüyəndə kim olacaqsan sualına fəxrlə hərbi pilot olacam deyir.Vətən sağ olsun!!!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























