"Musavat" partiyası prezident seçkilərini boykot etdi

Müsavat Partiyası prezident seçkilərində iştirak etməyəcək, bununla bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı Anews.az saytına açıqlama verib.
"Bu gün Müsavat Partiyasının növbədənkənar məclisində seçkilər müzakirə edilib. Seçkilərin növbədənkənar keçirilməsi ilə bağlı yaranmış problemlər, o cümlədən Seçki Məcəlləsində dəyişikliklərin edilməsi ilə əlaqəli təkliflərin nəinki qəbul olunması, hətta müzakirə olunması üçün vaxtın qalmaması, beynəlxalq müşahidənin təşkil edilmə imkanlarının aradan qaldırılması, seçici siyahısının dəyişdirilməsinin mümkünsüzlüyü-ümumiyyətlə seçkilərin növbədənkənar keçirilməsinin izah edilməməsi kimi arqumentlər əsas gətirilərək seçki prosesində iştirak etməməyə qərar verdik.
A. Hacılı bildirib ki, qərar məclis üzvlərinin əksəriyyəti tərəfindən qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























