Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyinatı

Milli Məclisin bu gün keçirilən plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.
AzVision.az xəbər verir ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Layihədə bildirilib ki, Vəli Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. Qasım Vəli oğlu Əliyevin vəzifəsi dəyişdirilərək Naxçıvan Muxtar Respublikanın Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























