• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkələrin nazirləri Bakıya gəlir

Bu ölkələrin nazirləri Bakıya gəlir
14.02.2018 17:15
Fevralın 15-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına hazırlıq işləri yekunlaşıb.

Energetika Nazirliyindən Axar.az-a verilən məlumata görə, toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Məşvərət Şurasının IV iclasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, "Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrdən - Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Barat Albayrak, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Scalfarotto, Yunanıstanın ətraf mühit və energetika nazirliyinin nümayəndələri - Mixail Verroiopolos, Ludovikos Kotsonopoulos, Albaniyadan isə energetika və sənaye nazirinin müavini Enis Aliko iştirak edəcək.

ABŞ-ı Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio və Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson təmsil edəcək.

Monteneqronun enerji məsələləri üzrə dövlət katibi Nikola Vuyoviç, Xorvatiyanın Ətraf mühit və energetika nazirliyinin dövlət katibi İvo Milatiç, Bosniya və Herseqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müşaviri Nedo Kapetina tədbirə qatılacaq. Məşvərət Şurasının iclasında ilk dəfə olaraq Türkmənistan və Rumıniya da iştirak edəcək. Türkmənistanı toplantıda prezidentin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanı isə energetika nazirinin müavini Yuliyan Robert Tudorake təmsil edəcək.

Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Luka Şieppatinin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də başda regional prezidenti Qəri Counz olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı, toplantıda "Snam”, "Enagas”, "Axpo” və "Fluxys” şirkətlərinin də iştirakı nəzərdə tutulub.

Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin enerji bölməsinin direktoru Aşok Bhargava, bankın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Nəriman Mannabekov, eləcə də layihə icraçıları Yaqut Ertenliche və Səbinə Cəfərova qatılacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətinin tərkibinə isə bankın Şərqi Avropa və Qafqaz icraçı direktoru Françis Malige, Qafqaz, Moldova və Belarus üzrə regional direktor Bruno Balvanera, təbii sərvətlər üzrə direktor Erik Rasmussen, Rusiya, Qafqaz və Mərkəzi Asiyada enerji üzrə direktor Aida Sitdikova və baş bankir Veronika Krakoviç və Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte daxildir.

Avropa İnvestisiya Bankından isə toplantıda qurumun vitse-prezidenti Vazil Hudakın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə bankın maliyyə bölməsinin müdir müavini Peter Ceffreys, enerji üzrə baş iqtisadçısı Aleksandr Antonyuk, bankın Cənubi Qafqazdakı regional nümayəndəliyinin rəhbəri Sebastien Husson de Sempayni daxildir.

Beynəlxalq Maliyyə Korporasiyasının toplantıda iştirak edəcək nümayəndələri isə bunlardır: Bankın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Tomas Telma, Cənubi Qafqaz üzrə regional direktor Yan van Bilsen və Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova.

Almaniya İnkişaf Bankının (KfW) baş icraçı direktoru Klaus Miçalak da tədbirə dəvəti qəbul edib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda enerji məsələləri üzrə meneceri Sameer Şukla, enerji üzrə baş mütəxəssisi Əbdüləziz Fəqhi və Azərbaycan üzrə ölkə meneceri Naveed Həsən Naqvi Məşvərət Şurasının dördüncü iclasının iştirakçıları sırasındadır. Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyini isə qlobal inkişaf üzrə direktor Markus Villiams təmsil edəcək.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra dörd plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada "Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Maroş Şevçoviç və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya "Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub. Dördüncü hissədə isə Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi perspektivləri, IGB və IAP istiqamətləri üzrə məruzələr dinləniləcək. Yekun olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən "Birgə Bəyannamə”, eləcə də "Albgaz” və "SOCAR Balkans”, həmçinin "Plinacro”, "Albgaz”, "BH Gas” və "Montenegro Bonus” arasında Niyyət məktublarının imzalanması planlaşdırılır.

Daha sonra energetika naziri P.Şahbazov və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti M.Şevçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol