Kaspşik təmas xəttində monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevral 21-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Bu barədə anews.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























