“Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər” - Kozlariç

"Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin yenidən başlanması təhlükəsinin gündən-günə artması narahatedici məqamdır”
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak” qəzetinin müxbirinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistanda keçiriləcək seçkilərdən sonra Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər.
"Ermənistanda seçkilər başa çatdıqdan və hakimiyyət təşkil edildikdən sonra Azərbaycan və Rusiyada Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması üçün imkan yarana bilər və ya əksinə, hərbi əməliyyatlar bərpa oluna bilər”- ABŞ-ın keçmiş səfiri qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























