Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi

Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər növbəti dezinformasiyadır.
"Bu ermənilərin növbəti dezinformasiyasıdır. Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar”, - deyə Müdafiə Nazirliyinin şərhində bildirilir.
Qeyd edək ki, bu gün erməni mətbuatında Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş vilayətinin kəndlərindən birinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə xəbər yayılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























