• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Sarkisyanın "qələmini qırdı" : GÖRÜŞDƏN İMTİNA

Putin Sarkisyanın "qələmini qırdı" : GÖRÜŞDƏN İMTİNA
01.03.2018 23:04
Rusiya prezidenti Vladimir Putin Ermənistan başçısı Serj Sarkisyanla görüşdən imtina edib.

Cebhe.info xəbər verir ki, bu barədə xəbər Ermənistan KİV-lərində yayılıb. 


Erməni mənbələr iddia edirlər ki, Sarkisyanın qarşıdan gələn seçkilərlə əlaqədar Putinlə görüşmək cəhdi baş tutmur. "Ermənistanda keçiriləcək prezident seçkilərinə az vaxt qalır. Bu seçkilər həmçinin Ermənistanın yeni baş nazirinin kimliyinə də aydınlıq gətirəcək. Məlumdur ki, səlahiyyət müddəti başa çatan Serj Sarkisyan seçkilərdə iştirak edə bilməyəcək. Ən az növbəti 5 il üçün bu postdan məhrum olan prezidentin hədəfi baş nazir olmaqdır. Lakin bu posta gedən yolun Kremldən keçdiyi onun özünə də sirr deyil. Məhz bu səbəbə görə Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinə minnətçi düşüb. Sonuncu Rusiya səfərindən məyus qayıdan Sarkisyan "qələmi qırılmış” kimi görünür. Hazırda o, ən həyəcanlı günlərini yaşayır. Ehtimal etmək olar ki, Moskva ilə yaxın əlaqələrdə olan Karen Karapetyan baş nazir kimi Putinə uyğun variantdır. Sarkisyan isə Putini bu fikrindən daşındırmağa cəhd edir, lakin bunlar boşa çıxan səylərdir”, – deyə Ermənistan KİV-ləri yazır. 

Mənbələr qeyd edirlər ki, Serj Sarkisyan yaxınlaşan seçkilərdən əvvəl sonuncu dəfə Vladimir Putinlə görüşməyin yollarını axtarır: 

"Sarkisyan Putinlə görüşməyin yollarını axtarır. Tez-tez Moskvaya zənglər edir, lakin dəstəyi qaldıran da yoxdur. Artıq Rusiyada Serj Sarkisyana Ermənistanın keçmiş prezidenti münasibətini göstərirlər. Ehtimal etmək olar ki, Ermənistanda post-Sarkisyan dönəmi, belə desək, "Qarabağ klanı”nın hakimiyyətdə olmadığı dönəm başlayır”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol