İsa Qəmbərin insult keçirməsi xəbərini ailəsi təkzib etdi

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Türkiyədə müalicə aldığı xəstəxanada insult keçirməsi barədə mətbuatda xəbərlər yayılıb, modern.az xəbəri dəqiqləşdirmək üçün İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbərlə əlaqə saxlayıb.
O saytımıza açıqlamasında İsa Qəmbərin insult keçirmədiyini, kimlərinsə bilərəkdən yalan xəbər yaydığını deyib.
"İsa Qəmbərin insult keçirməsi barədə yayılan xəbərlər doğru deyil. Elə bir şey olsaydı, mən də onunla Türkiyəyə gedərdim. 5 dəqiqə bundan qabaq həkimlə danışmışam. Elə bir şey yoxdur”.
Aida Qəmbər xəbərin mətbuatda yazılmasına da aydınlıq gətirib.
"Bilirəm ki, mətbuatın işi xəbər yazmaqdır. Buna etiraz etmirəm. Amma İsa Qəmbərin səhhətində ciddi bir şey yoxdur. Düzdü, müəyyən, kiçik problemlər vardı. O da həll olunub. Hətta Azərbaycan mətbuatının hər bir əməkdaşı Türkiyənin Hacəttəpə Universiteti klinikasının həkimi ilə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilər”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib