Çin lideri İlham Əliyevə başsağlığı verdi

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
Anews.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab prezident. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş vermiş və insan itkisinə səbəb olmuş faciəli yanğın xəbəri məni dərindən sarsıtdı. Çin hökuməti və xalqı adından, eləcə də, şəxsən öz adımdan həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırmağınızı Sizdən xahiş edirəm”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























