• $
  • €
  • ₽
  • ₺
  • £

Lider TV-də 8 aylıq maaş böhranı

Lider TV-də 8 aylıq maaş böhranı
07.03.2018 13:16
Lider TV-nin əməkdaşları 8 aydan çoxdur maaş ala bilmir. Problem səbəbindən peşəkarlar kanalı tərk edir.


Lider TV əməkdaşlarının Qaynarinfo-ya verdiyi məlumatda bildirilir ki, işçilər sonuncu dəfə 2017-ci ilin avqust ayında əməkhaqlarını tam ala biliblər. 


Qeyd olunur ki, vergi məsələlərinə görə kanal əməkdaşlarına maaş yarı-yarı verilir: belə ki, orta maaş 400 manatdırsa, bunun 200 manatı kart sistemi ilə, digər yarısı isə nəğd olaraq ödənilir. Ancaq avqust ayından etibarən işçilərə nağd olaraq verilən maaşlar verilmir. Beləliklə, əməkdaşlar artıq üzun müddətdir ki, maaşlarının 50 faizini ala bilirlər.


Bank vasitəsilə ödəniş də gecikir. Əməkdaşların sözlərinə görə, mart ayı olmasına baxmayaraq, yanvar ayının maaşı hələ də köçürülməyib.


Problem səbəbindən Lider TV-də uzun illərdir çalışan bir çox peşəkar telejurnalistin ölkə rəhbərliyinə müraciət də ünvanladığı, sadəcə, mediaya müraciətin mətnini açıqlamadıqları iddia edilir. 


"Peşəkar işçilər kanaldan ayrılmağa qərar veriblər. Xəbərlər Departamentində 5 montajçıdan cəmi biri qalıb, 4 nəfər işdən ayrılıb. Boşluğu doldurmaq üçünsə AzTV-dən montajçılar saatla dəvət olunur və onlardan istifadə edilir”, - kanal əməkdaşları bildirib.


Ötən gün isə qalmaqallı hadisə yaşanıb. Xəbərlər Departamentinin Eldar adlı kanaldan ayrılmağa məcbur olan keçmiş əməkdaşı (onun işarə dili ilə efirə verilən xəbərlər proqramında çalışdığı deyilir) bıçaqla Lider TV-yə gələrək, maaşı ödənilməyəcəyi halda özünə xəsarət yetirəcəyini deyib. Mühafizəçilərin çətinliklə sakitləşdirdiyi əməkdaşı Lider TV-nin rəhbəri qəbul edib və ona 200 manat ödənilib. Qalan maaşının isə yaxınlarda ödəniləcəyi vəd edilib.


İşdən ayrılanların maaşı ödənilmir, israr edənlərin əmək kitabçalarına isə növbəti iş yerinə qəbulda problem yaradacaq "maddə” (Əmək Məcəlləsində işdən azad edilməsi üçün işçinin məsuliyyətsizliyini əks etdirən 70-ci maddə - red.) yazılır.


Yaranmış problemlərlə əlaqədar saytımıza açıqlama verən Lider TV-nin xəbərlər departamentinin rəhbəri Anar Şükürov bildirib ki, əksər şirkətlərdə olduğu kimi, Lider TV-də də müəyyən problemlər var: "Maaşla bağlı çətinlik digər kanallarda olduğu kimi bizim kanalda da var. Ancaq bu o demək deyil ki, ümumiyyətlə 8 aydan çoxdur maaş verilmir. Bəzi hallarda əməkhaqları verilir. Həmçinin vəziyyətdən çıxmaq üçün tədbirlər görülür. Ancaq "ümumiyyətlə maaş verilmir” məsələsi yoxdur. Az-az da olsa işçilərə maaş verilir”.


Xəbərlər Departamentində çalışan montajçılardan 4-nün işdən ayrılmasına da aydınlıq gətirən A.Şükürov bildirib ki, belə bir problem yoxdur: "Xəbərlər Departamentinə məsul olan şəxs kimi deyə bilərəm ki, departamentimizdə hazırda 4 montajçımız var. Hər biri də Lider TV-də çalışan əməkdaşlardır”.


Kanalın peşəkar əməkdaşlarının problemlə əlaqədar ölkə rəhbərliyinə müraciətindən danışan A.Şükürov bildirib ki, bu barədə məlumatlı deyil.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol