Daha 3 nəfərin namizədliyi qeydə alındı

Bu gün Mərkəzi Seçki Seçki Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Orucun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadənin, prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb və onların prezidentliyə namizədliyi qeydə alınıb. Bununla namizədliyi qeydə alınanların sayı 4-ə çatıb.
MSK bundan öncə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyini qeydə almışdı.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























