• $
  • €
  • ₽
  • ₺
  • £

“Land Rover”lə polisin üzərinə sürüb maşınları əzdi, həbs olundu

“Land Rover”lə polisin üzərinə sürüb maşınları əzdi, həbs olundu
07.03.2018 22:47
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinini saxlayıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 27 fevral 2018-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Masallı şəhər sakini Seyfəddin Hüseynov istifadəsindəki "Land Rover Discovery” markalı avtomobillə Masallı rayonu Mollaoba kəndində olarkən, orada onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatlı olan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan zaman o, polis əməkdaşının yaxınlaşdığını görərək onların qanuni tələbinə məhəl qoymayıb.

S. Hüseynov avtomobilini hərəkətə gətirib və polis əməkdaşlarının üzərinə sürüb. O, Masallı RPŞ-nin balansında olan "Chevrolet Niva” markalı avtomobili əzərək ətrafdakı insanların, polis əməkdaşlarının həyat və sağlamlıqları üçün təhlükə yaradıb. Daha sonra Boradigah qəsəbə sakini Natiq Bəşirova məxsus "Mercedes Benz” markalı avtomobili və rayonun Dəmirçi kənd sakini Rüstəm Məmmədovun istifadəsində olan "VAZ 2107” markalı avtomobili əzərək onlara maddi ziyan vuraraq oradan uzaqlaşıb.

Seyfəddin Hüseynovun idarə etdiyi avtomobil 2 kilometr aralıda bağlı vəziyyətdə aşkar olunub. Avtomobilə baxış keçirilərkən salonun müxtəlif yerlərindən külli miqdarda 5 bükümdə narkotik vasitə olan heroin, 1 bükümdə şəxsi istehlak miqdarında artıq metamfetamin, bir ədəd "beş barmaq” adlanan soyuq silah, beyzbol taxtası aşkar edilərək götürülüb.

İstintaqdan yayınan Seyfəddin Hüseynov barəsində axtarış elan edilib və Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq rayon prokurorluğuna təqdim edilib. Onun barəsində rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  
Faktl bağlı Masallı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 315.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol