• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağda MÜHARİBƏ BAŞLAYACAQ, Rusiya isə...

Dağlıq Qarabağda MÜHARİBƏ BAŞLAYACAQ, Rusiya isə...
08.03.2018 14:45
"Amerikanın kəşfiyyat cəmiyyəti belə nəticəyə gəldi ki, Suriya münaqişəsinin gedişatında prezident Bəşər Əsədin xeyrinə həlledici uğur qazanılıb və ABŞ-ın dəstəklədiyi müxalifəti artıq onu devirməyə qadir deyil”.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Milli Kəşfiyyat Direktorluğunun İdarəsi tərəfindən çərşənbə günü dərc edilən "Kəşfiyyat birliyi tərəfindən dünya üzrə təhdidlərin qiymətləndirilməsi" adlı məruzənin qeyri-məxfi versiyasında deyilir.

Məruzədə həmçinin Ukraynada daxili qeyri-sabit vəziyyət, Rusiyadakı prezident seçkilərində Vladimir Putinin qələbəsi və Dağlıq Qarabağda münaqişənin ciddi eskalasiyası proqnozlaşdırılır.

"Yeddi il boyunca vuruşan Suriya müxalifəti ehtimal ki, artıq prezident Bəşər Əsədi devirməyə və ya hərbi planda uğursuzluqlarının öhdəsindən gəlməyə qadir deyil. Ancaq üsyançılar ən azından növbəti il ərzində münaqişə vəziyyətini saxlamaq üçün kifayət qədər resurslara malikdirlər”, - məruzənin 28-ci səhifəsində deyilir.

Sənəddə göstərilir ki, münaqişənin gedişatında Suriya rejiminin xeyrinə həlledici nəticələr əldə olunub və bu, ölkədə Rusiya və İranın möhkəmlənməsinə imkan verir.

Amerikanın kəşfiyyat cəmiyyətinin nöqteyi-nəzərindən, Moskva ehtimal ki, prezident Əsədi onun mövqelərini əhəmiyyətli dərəcədə zəiflədə biləcək siyasi tənzimləmələrə getməyə məcbur edə bilməyəcək.

Məruzədə qeyd edilir ki, Əsəd müxalifətin ciddi güzəştlərə gedəcəyi sülh danışıqlarında iştirak edə bilər.

Kəşfiyyat güman edir ki, Rusiya və İran bərpa işlərinin həyata keçirilməsi, neft-qaz resurslarının mənimsənilməsi və hərbi bazaların saxlanılması üzrə müqavilələrin bağlanılmasına nail olmaqla Suriyada uzunmüddətli qalmağı planlaşdırır.

Sənəd həmçinin, Rusiya ilə bağlı proqnozlara yer verib. Məsələn, Amerika kəşfiyyatının analitikləri çoxları kimi gözləyirlər ki, Vladimir Putin martın 18-də prezident seçkilərində qalib gələcək. Qeyd edilir ki, Vladimir Putinin növbəti prezidentliyi dövründə Rusiyanın sərhədləri xaricində təcavüzkar xarici siyasət aparacaq.

Ukraynaya gəlincə, Amerika kəşfiyyatı ölkənin şərqindəki münaqişəyə deyil, daxili qeyri-sabitlik riskinə diqqət ayırıb.

"Ukraynada daxili qeyri-sabitlik riski qalır. Rusiya qərbyönümlü oriyentasiyanı partlatmaq üçün bundan istifadə edə bilər. Bu amillər Ukrayna iqtisadiyyatının başlanmış bərpasını hədələyir və onun xarici siyasətində dəyişikliklərə gətirib çıxara bilər. Bu isə Rusiya və Qərb arasında gərginliyi daha da gücləndirəcək”, - məruzədə qeyd edilib.

Məruzənin müəllifləri güman edirlər ki, islahatların tempi ilə bağlı kütləvi məyusluq, həyat səviyyəsinin düşməsi, korrupsiya ilə mübarizə sahəsində vəziyyətin və hakimiyyətin siyasi reytinqinin düşməsi 2019-cu ildə planlaşdırılan seçkilərin vaxtından əvvəl keçirilməsinə gətirib çıxara bilər".

Ukraynanın şərqindəki münaqişə ilə bağlı vəziyyət isə "çıxılmaz” qiymətləndirilir. Məruzəni hazırlayanların proqnozlarına görə, 2018-ci ildə tərəflərdən hər hansı birinin "böyük hücum”u ağlasığmazdır.

Sənədin müəlliflərinin fikrincə, Kiyev ehtimal ki, Donbasda Rusiya tərəfindən nəzarət edilən rayonları 2018-ci ildə də qaytarmağı bacarmayacaq".

Rusiyaya tətbiq olunan sanksiyalara gəlincə, Amerika kəşfiyyatı belə qənaətə gəlib ki, Kreml mövcud səviyyədə sanksiyaların öhdəsindən gəlir.

Kəşfiyyat xəbərdarlıq edir ki, Dağlıq Qarabağın ətrafında gərginlik Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişənin başlanmasına gətirib çıxara bilər. Qeyd edilir ki, Rusiya özünün regional müttəfiqini – Ermənistanı dəstəkləməyə vadar ola bilər.

"Hər iki tərəfin güzəştə getmək istəməməsi, güclənən daxili təzyiq, Azərbaycan Silahlı Qüvvələrinin möhkəm müasirləşildirməsi və Rusiyanın yeni texnikasının Ermənistana satılması 2018-ci ildə genişmiqyaslı münaqişə riskini saxlayır”, – sənəddə deyilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol