• $
  • €
  • ₽
  • ₺
  • £

Siyasi partiyalar 10 mart mitinqini boykot etdilər

Siyasi partiyalar 10 mart mitinqini boykot etdilər
09.03.2018 12:17
Müxalifətin radikal qanadı olan Milli Şura və Müsavat martın 10-a mitinq təyin edib. Radikallar mitinqi "ümumxalq” adlandırsalar da, "Məhsul" stadionuna yalnız AXCP və Müsavatın azsaylı üzvlərinin toplaşacağı gözlənilir. Buna səbəb digər müxalif partiya və təşkilatların 10 mart mitinqini boykot etməsidir. Belə ki, vaxtilə bir cinahda olan partiyalar Milli Şuranın mitinq çağırışına "yox" deyiblər.
 
AzVision.az siyasi partiyalardan mitinqdə iştirak edib- etməyəcəklərini soruşub.
 
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bildirib ki, partiyanın Milli Şuranın mitinqində iştirak etmək barədə qərarı yoxdur: "Mitinqə partiya şəkilində qatılmaqla bağlı qərarımız yoxdur.Ümumiyyətlə, bu mitinqə dəstək verməyimizdən söhbət gedə bilməz”. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib ki, partiya 10 mart mitinqinə iştirak etməyəcək. 

"Bizim bu aksiyalarda iştirak etmək fikrimiz və qərarımız yoxdur. Birinci, bununla bağlı hər hansı müraciət almamışıq. İkincisi, aksiyaların keçirilməsi ilə bağlı mövqeyimiz fərqlidir. Aksiyalar o vaxt keçirilməlidir ki, onun kütləviliyi təmin oluna bilinsin”.

Ə.Orucov qeyd edib ki. iki siyasi qurumun təşkil etdiyi aksiyanı "ümumxalq" adlandırmaq doğru deyil: "Ümumxalq mitinqi olmaq üçün gərək bu mitinqə həqiqətən ümumxalq dəstəyi olsun. Bu, yoxdursa, onu ümumxalq adlandırmaq doğru deyil. Orada iştirak edənlər dediklərimizi bir daha təsdiq edəcəklər”. 

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər mitinqin təşkilində iştirak etmədiklərini bildirib: "Partiya olaraq mitinqdə iştirak etməyəcəyik”. 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, partiyası bu mitinqdə nə iştirak edir, nə də dəstək verir: "Biz heç vaxt Milli Şurada təmsil olunmamışıq. Ona görə də onların təşkil etdiyi heç bir "kütləvi” tədbirdə iştirak etmirik”. 

Partiya sədrələri və funksionerlərinin fikirlərindən aydın olur ki, mitinq təşkilatçıları aksiyalarını ümumxalq adlandırsalar da, digər siyasi partiyalara orada iştirakla bağlı dəvət belə göndərməyiblər. Bu isə o deməkdir ki, təşkili planlaşdırılan mitinq seçki öncəsi təxribat xarakteri daşıyır və hansısa xarici siyasi dairələrin sifarişidir. Yaxud mitinq planını iki qurumun siyasi alver predmenti adlandıra bilərik. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol