Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır

ABŞ-da Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin komandası azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun Putinə çatdırdığı məktubu araşdırır.
"Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post” sənədlə tanış olan bir neçə mənbəyə istinadla yazır. Həmin məktub Tramp tərəfindən 2013-cü ildə göndərilmişdi.
Bildirilir ki, Putin əvvəlcə dəvəti qəbul edib, amma son anda yarışmaya qatılmayıb və Trampa "dost məktubu” göndərib. Trampın vəkili isə qəzetin informasiyasını "absurd” adlandırıb, bildirib ki, həmin məktubun məzmunu ilə tanış deyil.
Bundan əvvəl xüsusi prokuror Robert Müllerin 2017-ci ilin yanvarında, Trampın səlahiyyətlərinin icrasına başlaması ərəfəsində Seyşel adalarında onun nümayəndəsinin Kremlə yaxın nüfuzlu şəxslə gizli görüşünü araşdırdığını yazmışdı. Həmin görüşdə Trampın komandası ilə Rusiya arasında gizli əlaqə kanalının qurulması müzakirə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























