Gürcüstanın baş naziri Azərbaycandadır

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 12-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Anews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























