• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm Əsgərovun oğlu Ermənistanı məhkəməyə verir

Dilqəm Əsgərovun oğlu Ermənistanı məhkəməyə verir
12.03.2018 17:15
Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Ermənistanı beynəlxalq məhkəməyə (BMT-nin Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi) verəcək.

Bu barədə AzVision.az-a K.Əsgərov özü məlumat verib. O, hazırda bu istiqamətdə işlərin aparıldığını deyib.

"3 ildir rəsmi qaydada Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik. Nədənsə Avropa Məhkəməsi işə baxmaq istəmir. Atam yaşlı və xəstə adamdır, gözləməyə vaxtımız yoxdur. Atamdan heç bir məlumat ala bilmirəm, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları mənə şifahi məlumat verirlər ki, atan yaxşıdır, problemi yoxdur. Necə problemi yoxdur ki, atamla bir ildir əlaqə saxlaya bilmirəm”.

K.Əsgərov hesab edir ki, atası erməni girovluğunda ac-susuz saxlanılır, ona işgəncələr verilir: "Qızıl Xaç Komitəsi 3 aydan bir bizə videogörüntülər təqdim etməlidir. Nədənsə bunu etmirlər. Şahbaz Quliyevdən videogörüntü, məktub gəlsə də, atamdan heç nə yoxdur. Beynəlxaq məhkəməyə müraciət etməyimizin səbəbi odur ki atam ac və susuz, şəraitsiz yerdə saxlanılır, daim işgəncə altındadır. Mənim əlimdə faktlar var. Faktları dövlət rəsmilərinə ünvanlamışam. Ermənistanın ombudsmanı rəsmi qaydada açıqlama verib ki, Dilgəm Əsgərovun səhhəti yaxşıdır, yaxşı şəraitdə saxlanılır. Əgər yaxşıdırsa, heç bir problem yoxdursa, nəyə görə ondan videogörüntü gəlmir”.

K.Əsgərov atası ilə bağlı 70 ölkəyə məlumat göndəriləcəyini əlavə edib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. 

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol