Şirvanda polis özbaşınalığı - FOTO+VİDEO

Şirvan şəhər Polis idarəsinin yüksək çinli zabiti polis mayoru Rəhim Məmmədovun özbaşınalığı artıq sərhəd tanımamaqdadır.
Mip.az xəbər verir ki, Şirvan Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi olan Rəhim Məmmədov xidməti avtomobilini oğlunun istismarına verib və həmin minik vasitəsindən qeyri qanuni işlərdə istifadə edir.
Bu günlərdə Şirvanda olam MİP.az əməkdaşlarının kameralarına tuş gələn R.Məmmədova verilmiş xidməti avtomobilin görüntüsü heçdə ürək açan deyil. R.Məmmədov yaxşı bilir ki, xidməti avtomobil yalnız xidmət müddətində və idaərə rəhbəri ilə razılaşdırılmış maşrut üzrə fəaliyyət göstərə bilər.
Dövlət qeydiyyat (99 AP 273) nömrə nişanlı avtomobilin təhkim edildiyi R.Məmmədov ondan yük daşıma məqsədilə istifadə edib. Lambir daşıyan DİN-ə məxsus avtomobil şəhərdə kameraya düşüb. R. Məmməmədov hətta öz şəklini reklam kimi nəvəsinin köynəklərinə vurdurmağı da unutmayıb.

Maraqlidir Şirvan şəhər Polis İdarəsinin şöbə rəisi Rəhim Məmmədov bu kimi hərəkətlərlə nəyi təbliğ edir.? Ümid edirik ki, daili işlər naziriRamil Usubov lazımi ölçü götürülməsi ilə bağlı tapşırıqlar verəcək.
Yazıda adı çəkilən şəxsin və qurumun mövqeyini dərc etməyə hazırıq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























