Azərbaycan qoşunları gecə vaxtı yerdəyişmə etdi

Keçirilən təlimlərin rəhbərinin qərarına əsasən qoşunlar döyüş təyinatı rayonlarına çıxarılma üzrə gecə vaxtı tapşırıqları yerinə yetirib.
Təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilib.Xatırladaq ki, genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























