• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və İrəvanın aldığı silahlar açıqlandı - Siyahı

Bakı və İrəvanın aldığı silahlar açıqlandı - Siyahı
13.03.2018 14:00
Ermənistan və Azərbaycan 2016-2017-ci illər ərzində 675 milyon dollarlıq silah alıb.

Axar.az xəbər verir ki, bu barədə informasiya Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun hesabatında yer alıb. Hesabata əsasən Azərbaycan silah idxalına görə dünyada 27-ci yerdə qərarlaşıb. İki il ərzində Azərbaycan 551 milyon dollar silah alıb.

Ermənistana gəlincə isə o, 54-cü yeri tutub. Onun iki il ərzində idxal etdiyi silah 124 milyon dollar həcmində olub.

SİPRİ İrəvana idxalatın hamısını Rusiyanın həyata keçirdiyini bildirib. İki il ərzində Ermənistan 6 ədəd "Smerç" reaktiv atəş sistemi, 200 ədəd "Verba" daşına bilən zenit raket kompleksi və "Kornet 9M133" tank əleyhinə raket kompleksləri alıb.

Azərbaycana isə əsas silah tədarükçüsü Rusiya və İsrail olub. 2017-ci ildə Azərbaycan İsraildən 4 ədəd OPV-62 döyüş gəmisi, 40 ədəd "Orbiter" pilotsuz uçan aparat, 215 ədəd "Spayk NLOS" tank əleyhinə raketini alıb. Rusiyadan 36 ədəd TOS-1A Solntsepek sistemi, 40 ədəd BTR-82A zirehli transportyoru, 800 ədəd "Xrizantema" tank əleyhinə raket kompleksi idxal edib.

Azərbaycan keçən il həm də Slovakiya və Çexiyadan silah alıb. Belə ki, Bakı Bratislavadan 18 ədəd 152 mm-lik özüyeriyən "Dana" haubitsaları, Praqadan isə 10 ədəd 122 mm-lik RM-70 reaktiv səyyar atəş sistemləri əldə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol