• $
  • €
  • ₽
  • ₺
  • £

“Ordudakı durum hər gün İlham Əliyevə məruzə olunur” - General

“Ordudakı durum hər gün İlham Əliyevə məruzə olunur” - General
13.03.2018 16:45
Hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azərbaycan Ordusunun ötən gün başlatdığı genişmiqyaslı hərbi təlimlərdən danışıb. 

O,”Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügüdən təlimlər  iriqmiqyaslı təlimlərdir: "Bildiyiniz kimi, təlimlər  ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir. Təlimlərə bir neçə minlik qoşun növləri, qismləri, birlik və birləşmələri cəlb olunub. 25 minə  qədər şəxsi heyət həddindən artıq çox qüvvədir. Burada tanklar, zirehli texnikalar,  müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası iştirak edir. Bu qoşunlar döyüş atışları həyata keçirəcəklər. Bunlar planlı şəkildə baş tutacaq”.  

Təlimlərin əvvəlki təlimlərdən fərqli olub olmamasına toxunan Y. Aydəmirov bildirib ki, ərazilərimiz dağlıq, dağlıq-meşə, səhra, çöl ərazisidir: "Təlimlərdə müəyyən məsələlər Müdafiə Nazirliyinin xətti ilə açıqlanır. Əks həmlələri həyata keçirməklə bağlı məsələlər haqqında məlumat verilir. Ancaq elə məsələlər var ki,  nazirlik tərəfindən ictimaiyyətə açıqlanmır.  

Sözsüz  ki, bütün təlimlər döyüş hazırlığının yüksək səviyyəyə qaldırılmasına hesablanıb ki, onlar bundan ruhlansın. Sabah hər bir halda işğal olunmuş Dağlıq Qarabağ və Qərbi Azərbaycan torpaqlarını da geri qaytarmaq məsələsi qısa zamanda həllini tapsın. Ona görə bu cür təlimlər həmişə keçirilib və keçiriləcək. Bunun üçün Azərbaycan ordusunun  kifayət qədər vəsaiti vardır. Çünki belə təlimlərin keçirilməsi külli miqdarda vəsait tələb edir”. 

Y. Aydəmirov dövlətin orduya göstərdiyi diqqətdən də söz açıb. O qeyd edib ki, elə bir il, ay, gün olmayıb ki, ordu diqqətdən kənarda qalsın: "Hər gün, hər səhər hər bir komandir karyera pilləsində ondan yuxarı olan rəhbərinə məruzələr edir. O cümlədən, hər gün Ali Baş Komandana  orduda olan təlimlər, döyüşlər, silahların alınması  və. s məsələlər məruzə olunur. Ona görə də ordu həmişə ölkə rəhbərliyinin diqqət mərkəzindədir”. 

Ehtiyatda olan general-leytenant həmçinin prezident İlham Əliyevin hərbi qulluqçuların maaşının artırması məsələsinə də toxunub. Onun sözlərinə görə, hərbi  qulluqçuların digər fəaliyyət növləri ilə məşğul olmasına nə vaxtları var, nə də qanunvericilik buna imkan verir: "Onların bir müqəddəs borcu var. Torpağı işğaldan azad etmək, döyüş hazırlığını  yüksək saxlamaq, təlimlər keçirməkdir. Buna görə də   ordu bütün bu məsələləri həll etmək üçün yüksək məvacib almalıdır. Ali Baş Komandan həmişə belə məsələləri diqqətdə saxlayır və hərbi qulluqçuların maaşını artırır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol