• $
  • €
  • ₽
  • ₺
  • £

Erməniyə təslim olan arxeoloqlarımız

Erməniyə təslim olan arxeoloqlarımız
13.03.2018 19:46
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov işğal olunmuş Azərbaycan ərazilərində ermənilərin apardığı arxeoloji tədqiqatlarla bağlı həyəcanlı bir yazı paylaşıb. O, illərdir bu məsələ ilə bağlı həyəcanlı çağırışlara əhəmiyyət verməyən Arxeologiya və Etnoqrafiya İnstitutunu biganəlikdə tənqid edib:
 
"AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun son dövrdə Qarabağda ermənilərin qanunsuz apardıqları arxeoloji qazıntılarına cavab olaraq Arxeologiya və Etnoqrafiya institutunda hansısa son dövrün tədqiqatlarına dair qazıntı və ya tədbir gördünüzmü? Gördünüzmü ki, ermənilərin əl ayağını yığışdırıb yerlərində oturmalarına və Azərbaycana qarşı riyakar mübarizə aparmalarına tutarlı bir cavab verilsin? Bu statusu, elə belə boşuna yazmıram. Hər halda, Virtual Qarabağ Tarixi Muzeyi layihəsi üzərində işləyərkən Azərbaycanın muzeylərində qorunan Qarabağla bağlı bütün eksponatları üzərində işlədik. Sovet dönəmində, Azərbaycan arxeoloqlarının apardıqları arxeoloji qazıntıları bir qrup gənclərlə bir yerdə virtual muzeydə toplayıb onların bizim gənclər arasında tanınması üçün gecə- gündüz çalışdıq. Bəs siz, Arxeologiya və Etnoqrafiya institutunun rəhbərliyinin hansisa arxeoloji qazıntı ilə qəfil mətbuat konfransı çağırıb erməni riyakarlığına qarşı cavab verdiyini gördünüzmü? Belə bir hadisə yadınıza gəlirmi? Təbii ki, yox… çünki Arxeologiya və Etnoqrafiya institutunun rəhbərliyinin başı öz riyakarlığına qarışıb. Bu günə qədər hansı bir qazıntı gördük ki, biz bu qazıntı ilə ermənilərə cavab verə bildik? Əgər yalan deyirəmsə, siz deyin… belə bir hadisə oldumu bu son 10 ildə? İki il əvvəl Qondarma Dağlıq Qarabağ Respublikasında qanunsuz aparılan arxeoloji qazıntıların maliyyə mənbəyi ilə maraqlandım. İnternetdə bir çox axtarışlar etdim. Nəticə mənim üçün gözlənilməz oldu. 2015-ci ildə cəmi 60 min manat dəyərində bir arxeoloji qazıntı ilə ermənilər bizə vurduğu zərbənin çəkisini təsəvvür etmək mümkün deyildi. Bəs həmin dövrdə Azərbaycanda Arxeologiyaya maliyyəmi ayrılmırdı? Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə Arxeoloji qazıntılara ayrılan maliyyə rəqəmlərinə baxsaq ermənilərin bu qazıntı məbləğindən 40 dəfə çox idi. Bəs nəticə…? Təəssüf ki, nəticəni gözlədiyimiz yerdə cavab yenə ermənilərdən gəldi. Rusiyalı bloqerlər Tərtər rayonunun işğal altında olan hissəsində aparılan arxeoloji qazıntılardan fotolar paylaşdılar. Fotoları paylaşıram… informasiya müharibəsində bu institut hələ də öz sözünü deyə bilmir. Səbəb nədi…?”

Göründüyü kimi, gənc tədqiqatçının qaldırdığı məsələ də, qaldırdığı suallar da çox önəmlidir. Baxaq, səlahiyyətli şəxslər bu məsələyə necə reaksiya verəcək…

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol