Sensasiya: 5 rayonla bağlı razılaşma var, müharibə isə...

Qərb nə postsovet, nə də Yaxın Şərqdəki müttəfiqlərinin suverenliyi və ərazi bütövlüyünə zəmanət verir.
Axar.az xəbər verir ki, bunu "1in.am” saytına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin söyləyib. Onun sözlərinə görə, Ermənistan heç bir zaman Qərbin yanında yer almamalıdır:
"Trampın hakimiyyəti dönəmində Amerikada hökmranlıq edən model realizmdir. Bu halda belə Rusiya Amerika təsirini məhdudlaşdıran faktor olur. Birqütblü dünyanın yanaşması baxımından Rusiya suveren dövlət kimi yox edilməlidir. Digər məsələ odur ki, Tramp öz seçki kampaniyası zamanı imperialist gündəmdən imtinanı təklif etmişdi, amma bu yanaşma siyasi praktikada istifadə edilməyib. Rusiya indiyə qədər qlobalizm və atlantizmin düşməni olaraq qalır. Amerikadakı realistlər Rusiyanın haqqını tanıyır və onun necə olmaq istəməsini qəbul edirlər. Lakin onlar eyni zamanda Rusiyanı da zəiflətməyə çalışırlar. Bu, çox incə, ideoloji problemdir. Rusiyanın müttəfiqləri rahat olmalıdırlar. Onlar Rusiyaya sadiq olmalıdırlar. Əgər bu müttəfiqlərdən hansısa biri digər tərəfə keçməyə cəhd etsə, Qərbin nə postsovet, nə də Yaxın Şərqdəki müttəfiqlərinin suverenliyi və ərazi bütövlüyünə zəmanət verdiyini görəcək. Buna görə də məntiqli olaraq bu müttəfiqlər əvvəlki ittifaqlarında olmağa davam edəcəklər. Belə bir seçim müəyyən xərclərə səbəb ola bilər, amma seçim artıq edilib. Erməni xalqı qərarı özü verməlidir. Heç kim onu nəyəsə məcbur etmir, ittifaq hər zaman könüllülük əsasında olur. Mənim fikrimcə, bu müttəfiqlik bütün çətinliklərinə rəğmən Ermənistanın yeganə məntiqli, optimal, tarixi, normal seçimidir”.
O, Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasıyla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşma mövcud olduğunu bildirib:
"Qarabağ problemi hər şeydən öncə Ermənistan və Azərbaycan xalqlarının problemidir. Bu, təkcə dövlətlər arasında münasibət yox, həm də xalqlar arasında münasibət deməkdir. Bu problemin həlli üçün Türkiyənin Azərbaycanın, İranın Ermənistanın, Rusiyanın hər iki tərəfin yanında yer alaraq proses başlatması prinsipcə reallaşa bilər. Əsas məsələ Qərbi mümkün qədər uzaqlaşdırmaqdır. Qərb regionun problemlərini anlamadan, özünün milli problemlərini öyrənmədən, yarıtmaz standartları ilə digərlərinin işinə qarışır. Rusiya, Türkiyə, İran isə çoxmillətlidir və onlar milli və dini qruplar arasında qarşılıqlı fəaliyyətlə bağlı çox böyük təcrübəyə sahibdirlər. Məsələn, Rusiya təkcə xristian ölkəsi deyil. Bəli, biz provoslav ölkəyik, amma bizim ölkədə çoxlu müsəlman da var və biz onlara düşmən kimi baxa bilmərik. Türkiyə Azərbaycana milli birlik əsasında, İran isə Ermənistanla tarixi köklərlə bağlıdır. Digər tərəfdən, İranın Cənubi Azərbaycan problemi var. Beləliklə, bu üçbucaqda hər bir tərəf öz maraqları və prioritetlərinə sahibdir. Onların konsolidasiyası zamanı biz Qarabağın həllinə çata bilər. Üstəlik, artıq rayonların azad edilməsi alqoritmi hazırlanıb. Çoxları bunu Qarabağın satılması kimi şərh edir, amma bu belə deyil. Məsələ Bakı və İrəvan arasındakı konstruktiv dialoqdur. 5 və ya 7 regionun Azərbaycana qaytarılması xoş niyyətin nümayişi, gərginliyin azaldılması, situasiyanın deeskalasiyasında həlledici addım ola bilər. Bundan sonra hərbi konflikt təhdidi əhəmiyyətli dərəcədə azalacaq.
Beş rayonun qaytarılması ilə bağlı razılaşma mövcuddur. Bunun haqqında Rusiya, Azərbaycan və Ermənistan prezidentləri danışıblar. Hər üç ölkədə bu, fərqli qəbul edilir. Azərbaycan mətbuatı bunu qələbə kimi dəyərləndirir, erməni mətbuatı bunu xəyanət sayır, ruslar üçün isə bunun ümumiyyətlə mənası yoxdur”.
Duqin həmçinin Qarabağda yeni müharibə başlamaq ehtimalının da olduğunu deyib:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























